Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir.
Mərkəzimiz, Azərbaycanda 2016-cı ildən indiyə kimi 4 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinikadır.
Pasiyentlərin təhlükəsizliyini, məxfiliyini, səhiyyə xidmətlərinin davamlı təkmilləşdirilməsini təmin etmək məqsədilə Mərkəzimizdə keyfiyyət və nəzarətə xüsusi diqqət ayrılmışdır. Buraya həmçinin, infeksiyaya nəzarət və biotəhlükə qaydaları da daxildir.
Kompleks 1,6 hektarı əhatə edən, ictimai nəqliyyata və metroya yaxın ərazidə yerləşir. Kompleks bir-biri ilə əlaqələndirilmiş Diaqnostika Mərkəzi, Ürək Mərkəzi, İnzibati bina, o cümlədən, Oftalmologiya, Qan Bankı, çamaşırxana, və mərkəzləşdirilmiş oksigen təchizatı stansiyasından ibarətdir. Kompleksin ərazisində pasiyentlərin keyfiyyətli istirahəti üçün qapalı qış parkı, açıq havada yaşıllıq zonası, yeməkxana, kafe və gözləmə zalları mövcuddur. Bundan əlavə, pasiyentlərin, işçilərin və ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə 100-dən yuxarı avtomobil tutumlu yeraltı və açıq avtomobil dayanacaqları da yaradılmışdır.
Mərkəzin bütün bölmələri əhatə etməklə, ümumilikdə 116 çarpayı fondu vardır. Bundan əlavə, Mərkəzdə tibbi texnologiyalar, cihaz və avadanlıqlarla tam təmin olunmuş 10 cərrahi əməliyyat otağı və 2 angioqrafiya otağı mövcuddur.
Respublika Diaqnostika Mərkəzi yerli və əcnəbi pasiyentlərə çoxşaxəli və yüksək keyfiyyətli tibbi xidmətlər təklif edir.
Respublika Diaqnostika Mərkəzi Baş xəzinədar