Respublika Diaqnostika Mərkəzi Respublika Diaqnostika Mərkəzi
  • 187

Əczaçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əczaçı

  • Deadline 14 November 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Şöbənin işini səmərəli təşkil edir.
  • İnfeksiyalara Nəzarət üzrə proqramda öhdəliyə qoyulan işləri həyata keçirir.
  • Şöbədən göndərilən təyinatları yoxlayaraq dərman vasitələrinin hazırlanması üçün tibb bacılarına təhvil verir.
  • Tibb bacılarının təyinat üzrə hazırladıqları dərman vasitələrini daima nəzarətdə saxlayır və məsuliyyət daşıyır.
  • Dərman vasitələrinin alışında, qəbulunda və yoxlanışında iştirak edir.
  • Keçirilən treninqlərdə iştirak edir.
  • Çox dozalı flakonlarda steril məhsullar və dərman preparatları hazırlayan personal üçün dərman preparatları və aseptik avadanlıqların hazırlanması prinsipləri əsasında treninq keçirir.
  • Medikamentoz sorğuların və potensial sorğuların təhlilində iştirak edir.
  • Dərman vasitələri ilə bağlı yeniliklərlə həkim və tibb bacılarını məlumatlandırır.
  • Dərman vasitələrinin əlavə təsirləri ilə bağlı olan məlumatı toplayır və Formulyar Komissiyasının toplantısında komissiyanın sədrinə təqdim edir.
  • Dərman preparatlarının təlimatlarına uyğun olaraq düzgün qaydasında qorunub saxlanmasına nəzarət edir.
  • Güclü təsiredici maddələrin, narkotik vasitələrin və konsentrasiyalı elektrolitlərin təyinat qaydalarına riayət edir və müvafiq sənədlər tərtib edir.
  • Ayrılan vəsaitin rasional istifadəsi məqsədilə dərman vasitələrinin istifadəsinin kliniki-ekonomik təhlilini təşkil edir və keçirir (həmçinin ABC/VEN təhlili).
  • Bölmələrdə dərman vasitələrinin rasional istifadəsini təhlil edir.
  • Dərman terapiyasında tibbi yardımın standartlarını tətbiq edir.
  • Dərman formulyar siyahısının tərtib olunmasında iştirak edir.
  • Klinik standartlara dair proqramların həyata keçirilməsində iştirak edir (GCP tələblərinə müvafiq olaraq), proqramın həyata keçirilməsinə nəzarət edir və nəticələri qiymətləndirir.
  • Antimikrob vasitələrin idarəedilməsi proqramında iştirak edir.
  • Etik davranış qaydalarına riayət olunmasına nəzarət edir. Pasiyentlərə göstərilən xidmətin keyfiyyətinə nəzarət edir.
  • İş həcmini və işini müstəqil saxlayır. Komandada işləməyi bacarır.
  • Beynəlxalq standartlara riayət edir.
  • Mütəmadi olaraq tibbi yoxlamalardan keçir.
  • Şöbənin sanitar-epidemioloji rejiminə riayət olunmasına nəzarət edir və xəstəxana daxili infeksiyalara qarşı tədbirlər görür.
  • Hər hansı hadisə zamanı Baş Həkimi və Keyfiyyətə Nəzarət şöbəsini məlumatlandırmaq və insident kartını doldurur.
  • Hər hansı hadisə zamanı Baş Hakimi və Keyfiyyətə nəzarət şöbəsini məlumatlandırmaq və insident kartını doldurur
  • Xəstəxanada fəaliyyətin keyfiyyətinin monitorinqi və yaxşılaşdırılması proseslərində iştirak etmək.

İş şəraiti: 

  • Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək, namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
  • İş rejimi həftənin 6 günü (09:00 – 17:00), Şənbə günü qısa iş günü.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Namizəd üçün tələblər: 

  • Ali və ya orta-ixtisas təhsil;
  • 3 il iş təcrübəsi;
  • Səlis və aydın nitq qabiliyyəti;
  • Azərbaycan və Rus və ya Azərbaycan və İngilis dillərində sərbəst danışmaq bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Problem həll etmə bacarığı.
  • İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq

Maraqlanan namizədlər cv-ləri “Əczaçı” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly1
  • Monthly1587