İşin təsviri:
- Şöbənin işini səmərəli təşkil edir.
- İnfeksiyalara Nəzarət üzrə proqramda öhdəliyə qoyulan işləri həyata keçirir.
- Şöbədən göndərilən təyinatları yoxlayaraq dərman vasitələrinin hazırlanması üçün tibb bacılarına təhvil verir.
- Tibb bacılarının təyinat üzrə hazırladıqları dərman vasitələrini daima nəzarətdə saxlayır və məsuliyyət daşıyır.
- Dərman vasitələrinin alışında, qəbulunda və yoxlanışında iştirak edir.
- Keçirilən treninqlərdə iştirak edir.
- Çox dozalı flakonlarda steril məhsullar və dərman preparatları hazırlayan personal üçün dərman preparatları və aseptik avadanlıqların hazırlanması prinsipləri əsasında treninq keçirir.
- Medikamentoz sorğuların və potensial sorğuların təhlilində iştirak edir.
- Dərman vasitələri ilə bağlı yeniliklərlə həkim və tibb bacılarını məlumatlandırır.
- Dərman vasitələrinin əlavə təsirləri ilə bağlı olan məlumatı toplayır və Formulyar Komissiyasının toplantısında komissiyanın sədrinə təqdim edir.
- Dərman preparatlarının təlimatlarına uyğun olaraq düzgün qaydasında qorunub saxlanmasına nəzarət edir.
- Güclü təsiredici maddələrin, narkotik vasitələrin və konsentrasiyalı elektrolitlərin təyinat qaydalarına riayət edir və müvafiq sənədlər tərtib edir.
- Ayrılan vəsaitin rasional istifadəsi məqsədilə dərman vasitələrinin istifadəsinin kliniki-ekonomik təhlilini təşkil edir və keçirir (həmçinin ABC/VEN təhlili).
- Bölmələrdə dərman vasitələrinin rasional istifadəsini təhlil edir.
- Dərman terapiyasında tibbi yardımın standartlarını tətbiq edir.
- Dərman formulyar siyahısının tərtib olunmasında iştirak edir.
- Klinik standartlara dair proqramların həyata keçirilməsində iştirak edir (GCP tələblərinə müvafiq olaraq), proqramın həyata keçirilməsinə nəzarət edir və nəticələri qiymətləndirir.
- Antimikrob vasitələrin idarəedilməsi proqramında iştirak edir.
- Etik davranış qaydalarına riayət olunmasına nəzarət edir. Pasiyentlərə göstərilən xidmətin keyfiyyətinə nəzarət edir.
- İş həcmini və işini müstəqil saxlayır. Komandada işləməyi bacarır.
- Beynəlxalq standartlara riayət edir.
- Mütəmadi olaraq tibbi yoxlamalardan keçir.
- Şöbənin sanitar-epidemioloji rejiminə riayət olunmasına nəzarət edir və xəstəxana daxili infeksiyalara qarşı tədbirlər görür.
- Hər hansı hadisə zamanı Baş Həkimi və Keyfiyyətə Nəzarət şöbəsini məlumatlandırmaq və insident kartını doldurur.
- Hər hansı hadisə zamanı Baş Hakimi və Keyfiyyətə nəzarət şöbəsini məlumatlandırmaq və insident kartını doldurur
- Xəstəxanada fəaliyyətin keyfiyyətinin monitorinqi və yaxşılaşdırılması proseslərində iştirak etmək.
İş şəraiti:
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək, namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
- İş rejimi həftənin 6 günü (09:00 – 17:00), Şənbə günü qısa iş günü.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Namizəd üçün tələblər:
- Ali və ya orta-ixtisas təhsil;
- 3 il iş təcrübəsi;
- Səlis və aydın nitq qabiliyyəti;
- Azərbaycan və Rus və ya Azərbaycan və İngilis dillərində sərbəst danışmaq bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Problem həll etmə bacarığı.
- İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq
Maraqlanan namizədlər cv-ləri “Əczaçı” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.