Respublika Diaqnostika Mərkəzi Respublika Diaqnostika Mərkəzi
  • 543

Katibə-referent

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Katibə-referent

  • Deadline 10 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Görüşlər, iclaslar, səfərlər və tədbirlərin vaxtını planlaşdırmaq.
  • Rəhbəri gündəlik plan və görüşlər barədə məlumatlandırmaq.
  • Daxil olan və çıxan məktubların, ərizələrin, əmrlərin qeydiyyatı və arxivləşdirilməsi.
  • Rəsmi məktubların, hesabatların və sənədlərin hazırlanması, çapı və göndərilməsi.
  • Elektron və kağız daşıyıcılarda sənədlərin qorunması və sistemləşdirilməsi.
  • Rəhbərə gələn zəngləri qəbul etmək, lazımi şəxslərlə əlaqə yaratmaq.
  • Rəhbəri ziyarət edən şəxsləri qəbul etmək və yönləndirmək.

İnformasiya axınının idarə olunması:

  • Rəhbərə çatacaq məlumatları əvvəlcədən yoxlamaq və sistemləşdirmək.
  • Gündəlik hazırlamaq, iştirakçılara məlumat vermək.
  • Protokolların hazırlanması, iclas qərarlarının qeydiyyatı və icrasına nəzarət.
  • Kargüzarlıq işlərinin qaydalara uyğun aparılmasına nəzarət.

İş şəraiti: 

  • Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək, namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
  • İş rejimi həftənin 6 günü (09:00 – 18:00), Şənbə günü qısa iş günü. AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Namizəd üçün tələblər: 

  • Ali və ya orta-ixtisas təhsil;
  • 3 il iş təcrübəsi;
  • Səlis və aydın nitq qabiliyyəti;
  • Azərbaycan və Rus və ya Azərbaycan və İngilis dillərində sərbəst danışmaq bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Problem həll etmə bacarığı.
  • İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq

Maraqlanan namizədlər cv-ləri “Katibə-referent” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily80
  • Weekly80
  • Monthly1665