Respublika Diaqnostika Mərkəzi Respublika Diaqnostika Mərkəzi
  • 409

Respublika Diaqnostika Mərkəzi

İnsan sağlamlığı və sosial xidmətlər

SƏTƏM üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM üzrə mütəxəssis

  • Deadline 1 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər: 

  • Ali təhsil;
  • Yaş həddi – 30-45
  • MS Office proqramları üzrə yüksək bacarıqlar;
  • Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • Müvafiq vəzifədə minimum 1-3 il iş təcrübəsi olanlara üstünlük verilir;
  • FHN, Texniki Təhlükəsizlik və Əməyin mühafizəsi qaydaları üzrə sertifikatların olması;
  • Azərbaycan dili əla, Rus və ingilis dilləri (üstünlükdür).

Vəzifə öhdəlikləri:  

  • Təhlükəsizlik və fövqəladə hallara hazırlıq təlimlərinin həyata keçirilməsini təmin etmək;
  • İş yerlərində təhlükəli və zərərli amilləri aşkar etmək;
  • Struktur bölmələrində, xəstəxanada ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması tədbirlərin görülməsində iştirak etmək;
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və nöqsanlar barəsində dərhal məlumat vermək;
  • Müəssisənin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmasına dəstək olmaq, yanğın təhlükəsizliyi (YT) qeydiyyat jurnalında qeydiyyat aparmaq;

İş şəraiti:

  • İş qrafiki – həftədə 5 iş günü
  • İş saatları – 09:00-18:00
  • Əmək haqqı – 1500-2000 Azn
  • Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyə uyğun rəsmiləşmə

Müraciət üçün namizədlər CV formunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily122
  • Weekly122
  • Monthly122