Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis

  • Истекает 10 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: Nargiz Mall Baş Ofis
  • İş vaxtı: 5 günlük (həftədə 40 saat) Şənbə - Bazar istirahət günləri

Namizədə dair tələblər:

  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Ali təhsil (müvafiq sahə üzrə);
  • SƏTƏM üzrə müvafiq sertifikatlar;
  • MS office proqramlarında işləmə bacarığı;
  • SƏTƏM üzrə Azərbaycan Respublikasının Qanunvericiliyin tələblərini bilmək
  • Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər

Üstünlük verilir:

  • İngilis dili biliyi;
  • Beynəlxalq standartlar üzrə biliklər (IOSH, ISO, NEBOSH)

Vəzifə funksiyaları:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi
  • Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi
  • Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili
  • İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi
  • Baş verə biləcək xəsarət və zədələnmələrin qarşısının alınması  üzrə önləyici tədbirlərin görülməsi
  • Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi
  • İlk yardımın əsasları və bu istiqamət üzrə təlimatların keçirilməsi
  • İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik yoxlamaların (inspeksiyaların) aparılması
  • Yanğın təhlükəsizlik proseslərinin idarə edilməsi
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması
  • Avadanlıqların, binaların, qurğuların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması
  • İşə qəbul olan işçi heyətə giriş və yanğın təhlükəsizliyi qaydaları haqqında təlimatının keçirilməsi 
  • SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsinə nəzarət
  • Tibbi müayinədən keçirilməsinə ehtiyac olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi
  • İş yerlərinin attestasiyası prosesinin təşkili və idarəedilməsi
  • Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsi.

CV-lərinizi mövzu hissəsinə “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly161
  • Monthly732