İş şəraiti
- İş yeri: Nargiz Mall Baş Ofis
- İş vaxtı: 5 günlük (həftədə 40 saat) Şənbə - Bazar istirahət günləri
Namizədə dair tələblər:
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Ali təhsil (müvafiq sahə üzrə);
- SƏTƏM üzrə müvafiq sertifikatlar;
- MS office proqramlarında işləmə bacarığı;
- SƏTƏM üzrə Azərbaycan Respublikasının Qanunvericiliyin tələblərini bilmək
- Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
Üstünlük verilir:
- İngilis dili biliyi;
- Beynəlxalq standartlar üzrə biliklər (IOSH, ISO, NEBOSH)
Vəzifə funksiyaları:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi
- Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi
- Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili
- İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi
- Baş verə biləcək xəsarət və zədələnmələrin qarşısının alınması üzrə önləyici tədbirlərin görülməsi
- Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi
- İlk yardımın əsasları və bu istiqamət üzrə təlimatların keçirilməsi
- İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik yoxlamaların (inspeksiyaların) aparılması
- Yanğın təhlükəsizlik proseslərinin idarə edilməsi
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması
- Avadanlıqların, binaların, qurğuların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması
- İşə qəbul olan işçi heyətə giriş və yanğın təhlükəsizliyi qaydaları haqqında təlimatının keçirilməsi
- SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsinə nəzarət
- Tibbi müayinədən keçirilməsinə ehtiyac olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi
- İş yerlərinin attestasiyası prosesinin təşkili və idarəedilməsi
- Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsi.
CV-lərinizi mövzu hissəsinə “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.