Briqadir (Şuşa)

  • Deadline 11 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işlər planının çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək, bu məqsədlə tabeçiliyində olan işçilərə tapşırıqlar vermək və işləri təhvil alaraq tabe olduğu əməkdaşlara hesabat vermək;
  • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə nəzarət etmək;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcə də tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;

Kvalifikasiyaya olan tələblər:

  • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • MS Office (Word, Excel), AutoCad proqramlarını bilməli; 
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;

İş şəraitimiz:

  • Əmək haqqı :1000-1500 AZN;
  • Yemək və qalmaq təminatı şirkət tərəfindən;
  • İş qrafiki 6 günlük;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.

  • Günlük73
  • Həftəlik185
  • Aylıq185