Vəzifə öhdəlikləri:
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
- Əldə olunmuş məlumatların işlənməsi;
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
- Sadə layihələrin və sxemlərin işlənməsi, onların texniki layihələrə, əməliyyat standartlarına və normativ və texniki sənədlərə tətbiqi;
- Yerüstü avadanlıqlar üçün tələblərin təyinatında iştirak etmək, onların əldə olunması üçün tələblərin tərtib edilməsi;
- Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılması;
- Materialların və sənədlərin saxlanması və qeydiyyatının təmin olunması;
- Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi.
Nazmizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsi;
- MS Office proqramlarını (Word, Excel, Power Point) və Auto Cad bilməli;
- Topoqrafik cihaz və avadanlıqlar ilə işləmə və çəkiliş bacarıqlarının olması.
İş barədə məlumat
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək;
- İş yeri : Cəbrayıl rayonu
- İş qrafiki: 6 günlük
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərmələri xahiş olunur.