Rifah qrup komandasına qoşulmaq üçün analitik düşüncəli, məsuliyyətli və nəticəyönümlü Əməliyyatlara Nəzarət Meneceri axtarırıq!
Vəzifə öhdəlikləri
- Şirkətin bütün mağazalarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
- Mağazalarda müəyyən edilmiş iş standartlarının, daxili qaydaların və prosedurların icrasını təmin etmək;
- Mağaza rəhbərlərinin və işçi heyətinin fəaliyyətini yoxlamaq və qiymətləndirmək;
- Satış proseslərinin düzgün təşkilinə, müştəri xidmətinin keyfiyyətinə və xidmət standartlarına nəzarət etmək;
- Mağazalarda məhsulların düzgün yerləşdirilməsi, vitrin və ekspozisiyaların tərtibatına nəzarət etmək;
- Anbar, mal qəbulu, məhsulun mağazalararası hərəkəti və inventarizasiya proseslərinin düzgün aparılmasını yoxlamaq;
- Məhsul çatışmazlığı, artıq qalıq, itki və uyğunsuzluq hallarını araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;
- Kassa əməliyyatlarına, ödənişlərin düzgün rəsmiləşdirilməsinə və maliyyə intizamına nəzarət etmək;
- Müştəri şikayətlərinin, geri qaytarılma və dəyişdirilmə proseslərinin şirkət qaydalarına uyğun aparılmasını təmin etmək;
- Mağazaların təmizlik, səliqə, təhlükəsizlik və texniki vəziyyətinə nəzarət etmək;
- Mağazaların iş qrafiklərinə, əmək intizamına və işçi davamiyyətinə nəzarət etmək;
- Müəyyən edilmiş KPI göstəricilərinin mağazalar üzrə icrasını izləmək;
- Mağazalarda aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq və icrasını yoxlamaq;
- Müntəzəm mağaza yoxlamaları və auditlər həyata keçirmək;
- Mağazaların fəaliyyət nəticələrini müqayisə etmək, problemləri müəyyənləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;
- Əməliyyat proseslərinin optimallaşdırılması və şirkətin fəaliyyət effektivliyinin artırılması üçün təkliflər vermək.
Tələblər
- Ali təhsil;
- Pərakəndə satış, mağazalar şəbəkəsinin idarə edilməsi və ya əməliyyatlara nəzarət sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Bir neçə filialın və ya mağazanın fəaliyyətinə nəzarət təcrübəsi arzuolunandır;
- Pərakəndə satış proseslərini və mağaza idarəetmə prinsiplərini yaxşı bilmək;
- Anbar, logistika, inventarizasiya və mal dövriyyəsi prosesləri üzrə biliklər;
- Satış, kassa və müştəri xidmətləri proseslərini qiymətləndirmək bacarığı;
- Excel və hesabat proqramları ilə işləmək bacarığı;
- KPI sistemləri və əməliyyat göstəricilərinin təhlili üzrə biliklər;
- Daxili audit və yoxlama aparmaq bacarığı;
- Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Tələbkarlıq, prinsipiallıq və yüksək məsuliyyət;
- Komandanı idarə etmək, ünsiyyət və nəzarət bacarığı;
- Regionlarda yerləşən mağazalara mütəmadi ezamiyyətə hazır olmaq.
Əsas KPI Göstəriciləri
- Mağazalarda daxili qayda və standartlara riayət səviyyəsi;
- Aşkar edilmiş nöqsanların aradan qaldırılma faizi;
- İnventarizasiya nəticələrində mal qalığı uyğunsuzluqlarının azalması;
- Kassa və maliyyə intizamının qorunması;
- Müştəri xidmətlərinin keyfiyyət göstəriciləri;
- İşçi intizamı və davamiyyət göstəriciləri;
- Mağazaların əməliyyat effektivliyi;
- Audit və yoxlamaların nəticələri;
- Müəyyən edilmiş tədbirlər planının vaxtında icrası.
Şirkət tərəfindən təklif olunan
- Rəqabətədavamlı əməkhaqqı;
- Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- İdarəetmə proseslərində aktiv iştirak imkanı
Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.