Əməliyyatlara Nəzarət Meneceri

  • Deadline 16 Dekabr 2026

Rifah qrup komandasına qoşulmaq üçün analitik düşüncəli, məsuliyyətli və nəticəyönümlü Əməliyyatlara Nəzarət Meneceri axtarırıq!

Vəzifə öhdəlikləri

  • Şirkətin bütün mağazalarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
  • Mağazalarda müəyyən edilmiş iş standartlarının, daxili qaydaların və prosedurların icrasını təmin etmək;
  • Mağaza rəhbərlərinin və işçi heyətinin fəaliyyətini yoxlamaq və qiymətləndirmək;
  • Satış proseslərinin düzgün təşkilinə, müştəri xidmətinin keyfiyyətinə və xidmət standartlarına nəzarət etmək;
  • Mağazalarda məhsulların düzgün yerləşdirilməsi, vitrin və ekspozisiyaların tərtibatına nəzarət etmək;
  • Anbar, mal qəbulu, məhsulun mağazalararası hərəkəti və inventarizasiya proseslərinin düzgün aparılmasını yoxlamaq;
  • Məhsul çatışmazlığı, artıq qalıq, itki və uyğunsuzluq hallarını araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;
  • Kassa əməliyyatlarına, ödənişlərin düzgün rəsmiləşdirilməsinə və maliyyə intizamına nəzarət etmək;
  • Müştəri şikayətlərinin, geri qaytarılma və dəyişdirilmə proseslərinin şirkət qaydalarına uyğun aparılmasını təmin etmək;
  • Mağazaların təmizlik, səliqə, təhlükəsizlik və texniki vəziyyətinə nəzarət etmək;
  • Mağazaların iş qrafiklərinə, əmək intizamına və işçi davamiyyətinə nəzarət etmək;
  • Müəyyən edilmiş KPI göstəricilərinin mağazalar üzrə icrasını izləmək;
  • Mağazalarda aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq və icrasını yoxlamaq;
  • Müntəzəm mağaza yoxlamaları və auditlər həyata keçirmək;
  • Mağazaların fəaliyyət nəticələrini müqayisə etmək, problemləri müəyyənləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;
  • Əməliyyat proseslərinin optimallaşdırılması və şirkətin fəaliyyət effektivliyinin artırılması üçün təkliflər vermək.

Tələblər

  • Ali təhsil;
  • Pərakəndə satış, mağazalar şəbəkəsinin idarə edilməsi və ya əməliyyatlara nəzarət sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Bir neçə filialın və ya mağazanın fəaliyyətinə nəzarət təcrübəsi arzuolunandır;
  • Pərakəndə satış proseslərini və mağaza idarəetmə prinsiplərini yaxşı bilmək;
  • Anbar, logistika, inventarizasiya və mal dövriyyəsi prosesləri üzrə biliklər;
  • Satış, kassa və müştəri xidmətləri proseslərini qiymətləndirmək bacarığı;
  • Excel və hesabat proqramları ilə işləmək bacarığı;
  • KPI sistemləri və əməliyyat göstəricilərinin təhlili üzrə biliklər;
  • Daxili audit və yoxlama aparmaq bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Tələbkarlıq, prinsipiallıq və yüksək məsuliyyət;
  • Komandanı idarə etmək, ünsiyyət və nəzarət bacarığı;
  • Regionlarda yerləşən mağazalara mütəmadi ezamiyyətə hazır olmaq.

Əsas KPI Göstəriciləri

  • Mağazalarda daxili qayda və standartlara riayət səviyyəsi;
  • Aşkar edilmiş nöqsanların aradan qaldırılma faizi;
  • İnventarizasiya nəticələrində mal qalığı uyğunsuzluqlarının azalması;
  • Kassa və maliyyə intizamının qorunması;
  • Müştəri xidmətlərinin keyfiyyət göstəriciləri;
  • İşçi intizamı və davamiyyət göstəriciləri;
  • Mağazaların əməliyyat effektivliyi;
  • Audit və yoxlamaların nəticələri;
  • Müəyyən edilmiş tədbirlər planının vaxtında icrası.

Şirkət tərəfindən təklif olunan

  • Rəqabətədavamlı əməkhaqqı;
  • Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • İdarəetmə proseslərində aktiv iştirak imkanı

Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily61
  • Weekly179
  • Monthly1111