Əsas Öhdəliklər:
· Şirkətin satış və marketinq strategiyasının işlənib hazırlanması və illik biznes planın (Business Plan) formalaşdırılması;
· Filialın aylıq və illik satış planlarının icrasının təmin olunmasına nəzarət
· Mağazalar şəbəkəsi üzrə vahid satış siyasətinin, qiymət və endirim mexanizmlərinin müəyyən edilməsi
· Müştəri sadiqliyi (Loyalty) və CRM strategiyasının qurulması, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması.
· Departamentin strukturunun və funksional bölmələrinin işinin koordinasiya edilməsi;
· Satış və marketinq komandaları üçün KPI-ların müəyyən edilməsi və icra monitorinqi;
· Korporativ dəyərlərə uyğun daxili mədəniyyətin formalaşdırılması və komandanın inkişafı üçün mentorluq sisteminin qurulması.
· Brendin tanınması üçün rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması, reklam kampaniyalarının təşkil olunması
· Bazar trendlərinin, rəqiblərin və müştəri davranışlarının analizi əsasında təkliflərin hazırlanması
· Satış və marketinq komandasına rəhbərlik etməklə əməkdaşların motivasiyasının və peşəkar inkişafının təmin edilməsi
· Xidmət keyfiyyətinin artırılması və sadiqlik proqramlarının tərtib olunması
· Marketinq büdcəsinin investisiyanın qaytarılması göstəricisinə nəzarət və xərclərin optimallaşdırılması
· Satış və Marketinq fəaliyyətlərinin sinxronlaşdırılması, çarpaz satış (cross-selling) imkanlarının artırılması
Tələblər:
· Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya müvafiq sahə üzrə);
· Satış və ya Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi (Mebel və elektronika satış sahəsi arzuolunandır);
· Azərbaycan dili (mükəmməl), rus və ingilis dili (arzuolunandır);
· Müasir marketinq alətləri və trendləri ilə işləmək bacarığı;
· Satış hesabatlarını təhlil etmək və proqnozlar hazırlamaq qabiliyyəti.
· Güclü təşkilatçılıq, komanda idarəetmə və qərarvermə qabiliyyəti.
· Komandanı motivasiya etmək və hədəflərə yönləndirmək bacarığı.
· Məsuliyyətli, dürüst, ünsiyyətcil və problem həll etmə bacarığı.
Biz Nə Təklif Edirik?
· Dinamik və peşəkar iş mühiti;
· Peşəkar inkişaf və karyera artımı imkanları.
· Sabit əməkhaqqı + Satış planının icrasına görə cəlbedici bonus sistemi.