Call Center Meneceri (Çağrı mərkəzi)

  • Deadline 20 Dekabr 2026

İş barədə məlumat

  • EVOL Mağazalar Şəbəkəsi komandamıza qoşulmaq üçün ünsiyyət bacarığı yüksək, idarəetmə təcrübəsinə malik, müştəriyönümlü və nəticəyönümlü Call Center Meneceri axtarırıq!
  • Rəqabətədavamlı əməkhaqqı;
  • Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Şirkətin inkişafında və idarəetmə proseslərində aktiv iştirak imkanı.

Öhdəliklər

  • Call Center şöbəsinin gündəlik fəaliyyətini təşkil etmək və idarə etmək;
  • Daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və sosial şəbəkələrdən gələn müştəri müraciətlərinin vaxtında cavablandırılmasını təmin etmək;
  • Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, kredit şərtləri və mağazaların ünvanları barədə düzgün məlumat verilməsinə nəzarət etmək;
  • Müştərilərin məhsul seçimində istiqamətləndirilməsini və satışa yönləndirilməsini təşkil etmək;
  • Telefon və onlayn müraciətlərin satışa çevrilməsi üçün effektiv satış skriptləri hazırlamaq və tətbiq etmək;
  • Müştərilərin müraciətlərini aidiyyəti mağazalara və şöbələrə düzgün yönləndirmək;
  • Mağazalarda məhsulun mövcudluğu, sifarişlərin vəziyyəti və çatdırılma prosesi ilə bağlı müştərilərə operativ məlumat verilməsini təmin etmək;
  • Müştəri şikayətlərini araşdırmaq, həll prosesini izləmək və təkrar problemlərin qarşısının alınması üçün tədbirlər görmək;
  • Müştəri bazasının yaradılması və yenilənməsi sistemində düzgün qeydiyyatının aparılmasına nəzarət etmək;
  • Potensial müştərilərlə təkrar əlaqə saxlanılması və satış imkanlarının artırılması üçün zəng kampaniyaları təşkil etmək;
  • Əvvəlki müştərilərlə əlaqələrin qorunması və təkrar satışların artırılması istiqamətində iş aparmaq;
  • Reklam və marketinq kampaniyalarından daxil olan müraciətlərin effektiv idarə edilməsini təmin etmək;
  • Operatorların danışıq keyfiyyətini yoxlamaq, telefon danışıqlarını dinləmək və qiymətləndirmək;
  • Operatorlar üçün təlimlər keçirmək, satış və ünsiyyət bacarıqlarının inkişafını təmin etmək;
  • Zənglərin sayı, cavablandırılma müddəti, itirilmiş zənglər, satışa çevrilmə və müştəri məmnuniyyəti üzrə hesabatlar hazırlamaq;
  • Çağrı Mərkəzinin (Call Center) fəaliyyətinin effektivliyini artırmaq üçün rəhbərliyə təkliflər vermək.

Tələblər

  • Çağrı Mərkəzi və ya müştəri xidmətləri sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Çağrı Mərkəzi komandasının idarə edilməsi üzrə təcrübəyə üstünlük verilir;
  • Pərakəndə satış və aktiv telefon satışları sahəsində təcrübə arzuolunandır;
  • Telefonla satış və müştəri ilə effektiv ünsiyyət bacarığı;
  • Müştəri şikayətlərinin idarə edilməsi və problemlərin həlli bacarığı;
  • Azərbaycan dilində səlis danışıq.
  • Müştəri müraciətlərinin satışa çevrilmə faizi;
  • Telefon və onlayn kanallar üzrə əldə edilən satış həcmi;
  • Müştəri məmnuniyyəti göstəricisi;
  • İlk müraciətdə problemin həlli faizi;
  • Müştəri müraciətlərinə cavabvermə sürəti;
  • Operatorların fərdi və komanda üzrə performansı;
  • Təkrar satış və potensial müştərilərin geri qaytarılması göstəriciləri.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily114
  • Weekly543
  • Monthly1471