rifah qrup komandasına qoşulmaq üçün analitik düşüncəli, məsuliyyətli və nəticəyönümlü Əməliyyatlara Nəzarət Meneceri axtarırıq!
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
· Şirkətin bütün mağazalarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
· Mağazalarda müəyyən edilmiş iş standartlarının, daxili qaydaların və prosedurların icrasını təmin etmək;
· Mağaza rəhbərlərinin və işçi heyətinin fəaliyyətini yoxlamaq və qiymətləndirmək;
· Satış proseslərinin düzgün təşkilinə, müştəri xidmətinin keyfiyyətinə və xidmət standartlarına nəzarət etmək;
· Mağazalarda məhsulların düzgün yerləşdirilməsi, vitrin və ekspozisiyaların tərtibatına nəzarət etmək;
· Anbar, mal qəbulu, məhsulun mağazalararası hərəkəti və inventarizasiya proseslərinin düzgün aparılmasını yoxlamaq;
· Məhsul çatışmazlığı, artıq qalıq, itki və uyğunsuzluq hallarını araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;
· Kassa əməliyyatlarına, ödənişlərin düzgün rəsmiləşdirilməsinə və maliyyə intizamına nəzarət etmək;
· Müştəri şikayətlərinin, geri qaytarılma və dəyişdirilmə proseslərinin şirkət qaydalarına uyğun aparılmasını təmin etmək;
· Mağazaların təmizlik, səliqə, təhlükəsizlik və texniki vəziyyətinə nəzarət etmək;
· Mağazaların iş qrafiklərinə, əmək intizamına və işçi davamiyyətinə nəzarət etmək;
· Müəyyən edilmiş KPI göstəricilərinin mağazalar üzrə icrasını izləmək;
· Mağazalarda aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq və icrasını yoxlamaq;
· Müntəzəm mağaza yoxlamaları və auditlər həyata keçirmək;
· Mağazaların fəaliyyət nəticələrini müqayisə etmək, problemləri müəyyənləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;
· Əməliyyat proseslərinin optimallaşdırılması və şirkətin fəaliyyət effektivliyinin artırılması üçün təkliflər vermək.
NAMİZƏDDƏN TƏLƏBLƏR
· Ali təhsil;
· Pərakəndə satış, mağazalar şəbəkəsinin idarə edilməsi və ya əməliyyatlara nəzarət sahəsində minimum 1-3 il iş təcrübəsi;
· Bir neçə filialın və ya mağazanın fəaliyyətinə nəzarət təcrübəsi arzuolunandır;
· Pərakəndə satış proseslərini və mağaza idarəetmə prinsiplərini yaxşı bilmək;
· Anbar, logistika, inventarizasiya və mal dövriyyəsi prosesləri üzrə biliklər;
· Satış, kassa və müştəri xidmətləri proseslərini qiymətləndirmək bacarığı;
· Excel və hesabat proqramları ilə işləmək bacarığı;
· KPI sistemləri və əməliyyat göstəricilərinin təhlili üzrə biliklər;
· Daxili audit və yoxlama aparmaq bacarığı;
· Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti;
· Tələbkarlıq, prinsipiallıq və yüksək məsuliyyət;
· Komandanı idarə etmək, ünsiyyət və nəzarət bacarığı;
· Regionlarda yerləşən mağazalara mütəmadi ezamiyyətə hazır olmaq.
ƏSAS KPI GÖSTƏRİCİLƏRİ
· Mağazalarda daxili qayda və standartlara riayət səviyyəsi;
· Aşkar edilmiş nöqsanların aradan qaldırılma faizi;
· İnventarizasiya nəticələrində mal qalığı uyğunsuzluqlarının azalması;
· Kassa və maliyyə intizamının qorunması;
· Müştəri xidmətlərinin keyfiyyət göstəriciləri;
· İşçi intizamı və davamiyyət göstəriciləri;
· Mağazaların əməliyyat effektivliyi;
· Audit və yoxlamaların nəticələri;
· Müəyyən edilmiş tədbirlər planının vaxtında icrası.
ŞİRKƏT TƏRƏFİNDƏN TƏKLİF OLUNUR
· Rəqabətədavamlı əməkhaqqı;
· Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;
· Peşəkar və dinamik iş mühiti;
· Karyera və peşəkar inkişaf imkanları;
· İdarəetmə proseslərində aktiv iştirak imkanı.
Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.