ƏMƏLİYYATLARA NƏZARƏT MENECERİ

  • Истекает 16 декабрь 2026

rifah qrup komandasına qoşulmaq üçün analitik düşüncəli, məsuliyyətli və nəticəyönümlü Əməliyyatlara Nəzarət Meneceri axtarırıq!

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

·       Şirkətin bütün mağazalarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;

·       Mağazalarda müəyyən edilmiş iş standartlarının, daxili qaydaların və prosedurların icrasını təmin etmək;

·       Mağaza rəhbərlərinin və işçi heyətinin fəaliyyətini yoxlamaq və qiymətləndirmək;

·       Satış proseslərinin düzgün təşkilinə, müştəri xidmətinin keyfiyyətinə və xidmət standartlarına nəzarət etmək;

·       Mağazalarda məhsulların düzgün yerləşdirilməsi, vitrin və ekspozisiyaların tərtibatına nəzarət etmək;

·       Anbar, mal qəbulu, məhsulun mağazalararası hərəkəti və inventarizasiya proseslərinin düzgün aparılmasını yoxlamaq;

·       Məhsul çatışmazlığı, artıq qalıq, itki və uyğunsuzluq hallarını araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;

·       Kassa əməliyyatlarına, ödənişlərin düzgün rəsmiləşdirilməsinə və maliyyə intizamına nəzarət etmək;

·       Müştəri şikayətlərinin, geri qaytarılma və dəyişdirilmə proseslərinin şirkət qaydalarına uyğun aparılmasını təmin etmək;

·       Mağazaların təmizlik, səliqə, təhlükəsizlik və texniki vəziyyətinə nəzarət etmək;

·       Mağazaların iş qrafiklərinə, əmək intizamına və işçi davamiyyətinə nəzarət etmək;

·       Müəyyən edilmiş KPI göstəricilərinin mağazalar üzrə icrasını izləmək;

·       Mağazalarda aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq və icrasını yoxlamaq;

·       Müntəzəm mağaza yoxlamaları və auditlər həyata keçirmək;

·       Mağazaların fəaliyyət nəticələrini müqayisə etmək, problemləri müəyyənləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;

·       Əməliyyat proseslərinin optimallaşdırılması və şirkətin fəaliyyət effektivliyinin artırılması üçün təkliflər vermək.

NAMİZƏDDƏN TƏLƏBLƏR

·       Ali təhsil;

·       Pərakəndə satış, mağazalar şəbəkəsinin idarə edilməsi və ya əməliyyatlara nəzarət sahəsində minimum 1-3 il iş təcrübəsi;

·       Bir neçə filialın və ya mağazanın fəaliyyətinə nəzarət təcrübəsi arzuolunandır;

·       Pərakəndə satış proseslərini və mağaza idarəetmə prinsiplərini yaxşı bilmək;

·       Anbar, logistika, inventarizasiya və mal dövriyyəsi prosesləri üzrə biliklər;

·       Satış, kassa və müştəri xidmətləri proseslərini qiymətləndirmək bacarığı;

·       Excel və hesabat proqramları ilə işləmək bacarığı;

·       KPI sistemləri və əməliyyat göstəricilərinin təhlili üzrə biliklər;

·       Daxili audit və yoxlama aparmaq bacarığı;

·       Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti;

·       Tələbkarlıq, prinsipiallıq və yüksək məsuliyyət;

·       Komandanı idarə etmək, ünsiyyət və nəzarət bacarığı;

·       Regionlarda yerləşən mağazalara mütəmadi ezamiyyətə hazır olmaq.

ƏSAS KPI GÖSTƏRİCİLƏRİ

·       Mağazalarda daxili qayda və standartlara riayət səviyyəsi;

·       Aşkar edilmiş nöqsanların aradan qaldırılma faizi;

·       İnventarizasiya nəticələrində mal qalığı uyğunsuzluqlarının azalması;

·       Kassa və maliyyə intizamının qorunması;

·       Müştəri xidmətlərinin keyfiyyət göstəriciləri;

·       İşçi intizamı və davamiyyət göstəriciləri;

·       Mağazaların əməliyyat effektivliyi;

·       Audit və yoxlamaların nəticələri;

·       Müəyyən edilmiş tədbirlər planının vaxtında icrası.

ŞİRKƏT TƏRƏFİNDƏN TƏKLİF OLUNUR

·       Rəqabətədavamlı əməkhaqqı;

·       Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;

·       Peşəkar və dinamik iş mühiti;

·       Karyera və peşəkar inkişaf imkanları;

·       İdarəetmə proseslərində aktiv iştirak imkanı.

 

Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily118
  • Weekly236
  • Monthly1168