Vəzifə öhdəlikləri
- Filialın (Mağazanın) daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
- Şirkət prosedurlarına uyğun olaraq Filialın bütün sahələrində yüksək standartların qorunmasını təmin etmək.
- Satış hədəflərinə çatmaq üçün strategiyalar müəyyən etmək və həyata keçirmək.
- Gəlir və xərcləri optimallaşdıraraq mağazanın maliyyə göstəricilərini idarə etmək.
- Müştəri məmnuniyyətini artırmaq üçün yüksək keyfiyyətli xidmət standartlarını tətbiq etmək.
- İşçi heyətinin idarə edilməsi və inkişafını həyata keçirtmək
- İşçi heyətini seçmək, iş bölgüsünü təyin etmək və komandanın effektiv işləməsini təmin etmək.
- İşçilərə təlim keçmək və onların peşəkar inkişafını dəstəkləmək.
- Təmizlik və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
- Filial sahəsinin təmiz və nizamlı saxlanmasına nəzarət etmək.
- Maliyyə və kassa əməliyyatlarına nəzarət etmək
- Kassa əməliyyatlarının düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək.
- Şirkət rəhbərliyinə lazımi hesabatları təqdim etmək və inkişaf istiqamətləri üzrə təkliflər vermək.
Tələblər
- Orta və ya ali təhsil (Biznes, Menecment və ya əlaqəli sahələrdə təhsil üstünlükdür).
- Satış sahəsində minimum 3 il təcrübə.
- Liderlik və İdarəetmə Bacarıqları
- Satış planı ilə işləmək bacarığı.
- Müştəri yönümlü düşüncə və şikayətlərin effektiv həlli bacarığı.
- Performans və KPI göstəricilərini təhlil edərək strateji qərarlar qəbul etmək.
- Mebel mağazasında təcrübənin olması arzuolunandır.
- 1C proqramında işləmə bacarığı arzu olunandır.
Şəxsi Keyfiyyətlər
- Məsuliyyətli, punktual və nəticəyönümlü olmaq.
- Problemləri həll etmək və qərar qəbul etmək bacarığı.
- Yüksək təşkilatçılıq və idarəetmə bacarıqları.
İş şərtlərimiz
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: 800 AZN + satışdan əlavə faiz
- Korporativ nömrə
- Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə
Maraqlanan namizədlər email ünvanına “Filial müdiri” başlığı ilə CV Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.