Filial müdiri

  • Deadline 18 May 2026

Vəzifə öhdəlikləri

  • Filialın(Mağazanın) daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
  • Şirkət prosedurlarına uyğun olaraq Filialın bütün sahələrində yüksək standartların qorunmasını təmin etmək.
  • Satış hədəflərinə çatmaq üçün strategiyalar müəyyən etmək və həyata keçirmək.
  • Gəlir və xərcləri optimallaşdıraraq mağazanın maliyyə göstəricilərini idarə etmək.
  • Müştəri məmnuniyyətini artırmaq üçün yüksək keyfiyyətli xidmət standartlarını tətbiq etmək.
  • İşçi heyətinin idarə edilməsi və inkişafını həyata keçirtmək
  • İşçi heyətini seçmək, iş bölgüsünü təyin etmək və komandanın effektiv işləməsini təmin etmək.
  • İşçilərə təlim keçmək və onların peşəkar inkişafını dəstəkləmək.
  • Təmizlik və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
  • Filial sahəsinin təmiz və nizamlı saxlanmasına nəzarət etmək.
  • Maliyyə və kassa əməliyyatlarına nəzarət etmək
  • Kassa əməliyyatlarının düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək.
  • Şirkət rəhbərliyinə lazımi hesabatları təqdim etmək və inkişaf istiqamətləri üzrə təkliflər vermək.

 

Tələblər

  • Orta və ya ali təhsil (Biznes, Menecment və ya əlaqəli sahələrdə təhsil üstünlükdür).
  • Satış sahəsində minimum 3 il təcrübə.
  • Liderlik və İdarəetmə Bacarıqları
  • Satış planı ilə işləmək bacarığı.
  • Müştəri yönümlü düşüncə və şikayətlərin effektiv həlli bacarığı.
  • Performans və KPI göstəricilərini təhlil edərək strateji qərarlar qəbul etmək.
  • Mebel mağazasında təcrübənin olması arzuolunandır.
  • 1C proqramında işləmə bacarığı arzu olunandır.

 

Şəxsi Keyfiyyətlər

  • Məsuliyyətli, punktual və nəticəyönümlü olmaq.
  • Problemləri həll etmək və qərar qəbul etmək bacarığı.
  • Yüksək təşkilatçılıq və idarəetmə bacarıqları.

 

İş şərtlərimiz

  • İş qrafiki: 6 günlük;
  • Əmək haqqı: 800 AZN + satışdan əlavə faiz
  • Korporativ nömrə
  • Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə

 

 

Müraciət qaydası

Maraqlanan namizədlər email ünvanına “Filial müdiri” başlığı ilə CV göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly615
  • Monthly1708