İnsan Resursları üzrə Direktor

  • Deadline 20 Dekabr 2026

Öhdəliklər

  • Şirkətin insan resursları siyasətini formalaşdırmaq və həyata keçirmək;
  • İşçi ehtiyaclarını müəyyənləşdirmək, vakansiyaların hazırlanmasını və işə qəbul prosesini təşkil etmək;
  • Namizədlərin seçilməsi, müsahibələrin keçirilməsi və işə qəbul qərarlarının verilməsində iştirak etmək;
  • Yeni işçilərin adaptasiya və orientasiya prosesini təşkil etmək;
  • Mağaza və ofis əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, KPI sisteminin tətbiqinə və inkişafına nəzarət etmək;
  • İşçilərin davamiyyətinə, əmək intizamına və daxili nizam-intizam qaydalarına nəzarət etmək;
  • Əməkdaşların motivasiyası, performansı və iş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər hazırlamaq;
  • İşçilərin təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları təşkil etmək;
  • Kadr sənədləşməsinin və şəxsi işlərin düzgün aparılmasına nəzarət etmək;
  • Əmək qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək;
  • İşçi dövriyyəsinin səbəblərini təhlil etmək və onun azaldılması üçün tədbirlər görmək;
  • Mağaza rəhbərləri ilə sıx əməkdaşlıq edərək kadr problemlərinin operativ həllini təmin etmək;
  • Rəhbərliyə mütəmadi olaraq HR hesabatları və təkliflər təqdim etmək.

Tələblər

  • İnsan resurslarının idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • HR sahəsində minimum 3 il iş təcrübəsi;
  • Pərakəndə satış və çoxfiliallı şirkətlərdə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək qanunvericiliyini yaxşı bilmək;
  • İşə qəbul, qiymətləndirmə, motivasiya və KPI sistemləri üzrə bilik və təcrübə;
  • Kadr sənədləşməsi və HR hesabatlarının hazırlanması bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək;
  • Güclü ünsiyyət, təşkilatçılıq və idarəetmə bacarığı;
  • Analitik düşüncə, təşəbbüskarlıq və problem həll etmə qabiliyyəti;
  • Regionlardakı mağazalara mütəmadi səfər etmək imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily114
  • Weekly543
  • Monthly1471