Rifah Group Rifah Group
  • 419

Satış və Marketinq departament rəhbəri(Cəlilabad)

  • Deadline 21 May 2026

Əsas Öhdəliklər:

·        Şirkətin satış və marketinq strategiyasının işlənib hazırlanması və illik biznes planın (Business Plan) formalaşdırılması;

·        Filialın aylıq və illik satış planlarının icrasının təmin olunmasına nəzarət

·        Mağazalar şəbəkəsi üzrə vahid satış siyasətinin, qiymət və endirim mexanizmlərinin müəyyən edilməsi

·        Müştəri sadiqliyi (Loyalty) və CRM strategiyasının qurulması, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması.

·        Departamentin strukturunun və funksional bölmələrinin işinin koordinasiya edilməsi;

·        Satış və marketinq komandaları üçün KPI-ların müəyyən edilməsi və icra monitorinqi;

·        Korporativ dəyərlərə uyğun daxili mədəniyyətin formalaşdırılması və komandanın inkişafı üçün mentorluq sisteminin qurulması.

·        Brendin tanınması üçün rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması, reklam kampaniyalarının təşkil olunması

·        Bazar trendlərinin, rəqiblərin və müştəri davranışlarının analizi əsasında təkliflərin hazırlanması

·        Satış və marketinq komandasına rəhbərlik etməklə əməkdaşların motivasiyasının və peşəkar inkişafının təmin edilməsi

·        Xidmət keyfiyyətinin artırılması və sadiqlik proqramlarının tərtib olunması

·        Marketinq büdcəsinin investisiyanın qaytarılması göstəricisinə nəzarət və xərclərin optimallaşdırılması

·        Satış və Marketinq fəaliyyətlərinin sinxronlaşdırılması, çarpaz satış (cross-selling) imkanlarının artırılması

 

Tələblər:

·        Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya müvafiq sahə üzrə);

·        Satış və ya Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi (Mebel və elektronika satış sahəsi arzuolunandır);

·        Azərbaycan dili (mükəmməl), rus və ingilis dili (arzuolunandır);

·        Müasir marketinq alətləri və trendləri ilə işləmək bacarığı;

·        Satış hesabatlarını təhlil etmək və proqnozlar hazırlamaq qabiliyyəti.

·        Güclü təşkilatçılıq, komanda idarəetmə və qərarvermə qabiliyyəti.

·        Komandanı motivasiya etmək və hədəflərə yönləndirmək bacarığı.

·        Məsuliyyətli, dürüst, ünsiyyətcil və problem həll etmə bacarığı.

 

Biz Nə Təklif Edirik?

·        Dinamik və peşəkar iş mühiti;

·        Peşəkar inkişaf və karyera artımı imkanları.

·        Sabit əməkhaqqı + Satış planının icrasına görə cəlbedici bonus sistemi.

  • Daily0
  • Weekly246
  • Monthly1955