Əsas Öhdəliklər və Tapşırıqlar:
- Canlı yayınların açılması və reklam videolarının çəkilişində iştirak etməsi
- Sosial media platformaları (Instagram, TikTok) üçün aylıq kontent planlarının və strategiyalarının hazırlanması.
- Mebel və elektronika məhsullarının üstünlüklərini vurğulayan cəlbedici post, story və xüsusilə dinamik Reels/TikTok videolarının ssenarilərinin yazılması və çəkilişinin təşkili.
- Sosial media paylaşımları üçün maraqlı, kreativ və satış yönümlü mətnlərin yazılması.
- Sahəyə uyğun lokal və qlobal trendlərin, rəqib fəaliyyətlərinin mütəmadi monitorinqi və brendə uyğunlaşdırılması.
- Sosial media kampaniyalarının effektivliyinin analizi və aylıq performans hesabatlarının hazırlanması.
Namizədə Dair Tələblər:
- SMM və ya Sosial şəbəkə sahəsində minimum 1-2 il iş təcrübəsi (Retail, mebel və ya elektronika sahəsində təcrübə arzuolunandır).
- Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus dili biliyi üstünlükdür).
- Sosial media alqoritmlərini və dəyişən trendləri yaxından izləmək, sürətli adaptasiya olmaq bacarığı.
- Komandada işləmək bacarığı, operativlik və stressə davamlılıq.
Şirkət Sizə Nə Təklif Edir?
- Fix Əmək haqqı + Bonus sistemi.
- Dinamik inkişaf edən retail şəbəkəsində peşəkar artım və özünü reallaşdırma imkanı.
- 6 günlük iş qrafiki
- Mehriban və dəstəkləyici komanda mühiti.
Əməkhaqqı - 500 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.