Şirkətimiz ERP sistemlərinin qurulması, inkişafı və idarə olunması üzrə təcrübəli, Python proqramlaşdırılması və DevOps sahəsində biliklərə malik mütəxəssis axtarır.
Əsas vəzifələr:
- ERPNext və digər ERP sistemlərinin qurulması, fərdiləşdirilməsi və inkişafı
- Python əsaslı modulların, skriptlərin və avtomatlaşdırma həllərinin hazırlanması
- ERP biznes proseslərinin optimallaşdırılması və inteqrasiyası
- Linux serverlərinin idarə olunması və monitorinqi
- Docker container infrastrukturu ilə işləmək
- Kubernetes orchestration mühitinin idarə olunması
- GitLab/GitHub repositoriyalarının və CI/CD proseslərinin idarə olunması
- Virtual maşınların (VM) qurulması və idarə olunması
- Sistem təhlükəsizliyi, backup və access idarəetməsində iştirak
- Daxili və xarici server infrastrukturlarının dəstəklənməsi
Tələblər:
- ERP sistemləri, xüsusilə ERPNext üzrə təcrübə
- ERP biznes məntiqi və prosesləri haqqında anlayış
- Linux server administrasiyası üzrə təcrübə
- Docker və container texnologiyaları ilə iş təcrübəsi
- Kubernetes orchestration biliyi
- GitLab/GitHub və CI/CD prosesləri üzrə bilik
- Verilənlər bazaları (MariaDB/MySQL/PostgreSQL) ilə işləmə bacarığı
- API və sistem inteqrasiyaları üzrə təcrübə
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Komanda ilə işləmə və məsuliyyətlilik
Üstünlük veriləcək:
- Python proqramlaşdırılması üzrə əla bilik
- Frappe Framework ilə iş təcrübəsi
- Ansible və avtomatlaşdırma texnologiyaları üzrə bilik
- ERP implementasiya layihələrində iştirak təcrübəsi
- İnformasiya təhlükəsizliyi və server infrastrukturu üzrə əlavə biliklər
Təklif edirik:
- Müasir texnologiyalarla işləmək imkanı
- Real biznes və rəqəmsallaşma layihələrində iştirak
- Peşəkar inkişaf və karyera imkanları
- Dinamik və innovativ iş mühiti
CV və ən maraqlı infrastruktur/data layihəniz haqqında qısa məlumatı mövzuda “ERP Systems & DevOps Engineer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.