Komandamıza Odoo sisteminin tətbiqi və inkişafı üzrə təcrübəli mütəxəssis axtarırıq. Namizəd Odoo modullarını biznes proseslərinə uyğunlaşdırmağı, modullar arasında əlaqələr qurmağı və Python ilə yeni funksionallıq hazırlamağı bacarmalıdır.
Vəzifə öhdəlikləri
- Odoo modullarını şirkətin ehtiyaclarına uyğunlaşdırmaq;
- Yeni modullar və mövcud modullar üçün əlavə funksiyalar hazırlamaq;
- Satış, CRM, satınalma, anbar, istehsal və mühasibatlıq kimi modullar arasında məlumat axınını qurmaq;
- Odoo-nu digər sistemlərlə API vasitəsilə inteqrasiya etmək;
- Xətaları araşdırmaq və aradan qaldırmaq;
- Hazırlanan funksiyaları test etmək və texniki sənədləşmə aparmaq;
- Biznes tələblərini təhlil edərək Odoo daxilində praktik həllər təklif etmək.
Namizədə tələblər
- Odoo ilə işləmək və modulları fərdiləşdirmək üzrə praktik təcrübə;
- Python dilində sərbəst kod yazmaq bacarığı;
- Odoo modelləri, sahələri, görünüşləri, təhlükəsizlik qaydaları və ORM ilə iş təcrübəsi;
- PostgreSQL və XML üzrə biliklər;
- API inteqrasiyaları və modullar arasında əlaqələrin qurulması üzrə təcrübə;
- Mövcud kodu oxumaq, problemi müəyyənləşdirmək və həll etmək bacarığı;
- Git ilə işləmək bacarığı.
Üstünlük veriləcək
- Odoo 18 və ya 19 ilə iş təcrübəsinə;
- Odoo-nun istehsal, anbar və mühasibatlıq modulları ilə işləmək təcrübəsinə;
- Docker və Linux serverləri ilə iş bacarığına;
- Əvvəl hazırladığı Odoo modullarından və ya inteqrasiyalardan nümunələr təqdim edə bilən namizədlərə.
Təklif edirik
- AI, Generative AI və rəqəmsal transformasiya layihələrində iştirak imkanı
- Müxtəlif sənaye sahələri üzrə innovativ layihələr üzərində işləmək fürsəti
- Peşəkar inkişaf və təlim imkanları
- Uzunmüddətli karyera və inkişaf perspektivi
CV və ən maraqlı infrastruktur/data layihəniz haqqında qısa məlumatı mövzuda “Odoo/Python Engineer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.