Vəzifənin Məqsədi:
- Logistika əməliyyatları üzrə yeni yerli və xarici potensial koorporativ müştərilərin cəlb edilməsi, satış həcminin artırılması, şirkətin təmsili.
Əsas Vəzifə və Məsuliyyətlər:
- Yeni potensial müştərilərin axtarışı, cəlb edilməsi;
- Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək;
- Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
- Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
- Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
- Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
- Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi.
- Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
- Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq, məmnuniyyəti və satış sonrası əlaqəni qorumaq
- Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
- Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək və ya təkliflər hazırlamaq;
- Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
- Ödənişlərin vaxtında icrası üçün müştərilərlə danışıqların aparılması.
- Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq hesabatların verilməsi;
- Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icra edilməsi.
Tələblər:
- XANIM namizədlərə üstünlük veriləcəkdir
- Ali təhsil. (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir);
- Yaş: 23-35
- Korporativ satış üzrə minimum 3 illik satış təcrübəsi.( Beynəlxalq logistika və gömrük prosedurları üzrə satışa üstünlük verilir)
- Rus dili biliyi vacibdir, Ingilis dili arzuolunandı
- Müştəri portfeli formalaşdırmaq təcrübəsi.
- Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını təhlil etmək bacarığı.
- Satış planlarını hazırlamaq, icra etmək, həftəlik ,aylıq hesabatlar təqdim etmək bacarığı.
- Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi.
- Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı.
- Kompyuter bilikləri Microsoft Office (Excel,Word, Outlook və s);
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmaq və təqdimat etmə bacarıqları
- Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək
- Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək
İş şəraiti
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00, nahar fasiləsi 1 saat
- Əmək haqqı razılaşma yolu il
Maraqlanan namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.