Əsas vəzifələr və öhdəliklər:
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbara gələn sifarişlərin mövcüd olub olmamasını yoxlamaq, daxil olan mal və yükləri qeydiyyata almaq və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparmaq;
- Malların qeydiyyatında və ya qəbul olmasında hər hansı problem çıxdıqda məsul şəxsi məlumatlandırmaq;
- Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət etmək;
- Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal məlumat vermək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlamaq, təşkil etmək və inventarizasiya prosesində iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin etmək və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat vermək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarını aparmaq;
- Rəhbərin digər tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Tikinti Anbarı üzrə minimum 3 il iş təcrübəsi;
- Uyumsoft (ERP) ilə işləməsi üstünlükdür;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
İş barədə məlumat:
- Layihə ünvanı: Xızı rayonu
- Layihə ünvanı: Bakı şəhəri
Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur)
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Anbardar” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-ni göndərməkləri xahiş olunur.