Əsas vəzifələr və öhdəliklər:
- Mühasibat uçotunun tam və düzgün aparılmasını təmin etmək
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi (ƏDV, mənfəət, gəlir və s.)
- Ay sonu və il sonu bağlanış proseslərinin idarə edilməsi
- Vergi risklərinin təhlili və optimallaşdırma təkliflərinin verilməsi
- Dövlət orqanları ilə yazışmalar və yoxlamaların koordinasiyası
- Rəhbərliyə maliyyə göstəriciləri üzrə mütəmadi hesabatların təqdim edilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetrilməsi.
Namizədə dair tələblər:
- Yaş: 25-30 (Kişi namizədlərə üstünlük veriləcək)
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Minimum 5 il iş təcrübəsi
- Vergi qanunvericiliyi üzrə yüksək biliklər
- MS Excel proqramlarında yüksək səviyyədə bacarıq
- ACCA və ya digər beynəlxalq sertifikatlar üstünlükdür
- Analitik düşüncə və liderlik bacarıqları
İş barədə məlumat:
- Şirkət ünvan: Rusel plaza, Babək pr 10
- Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur)
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Vergi üzrə mühasib” adını qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına CV-ni göndərməkləri xahiş olunur.