Artıq Azərbaycan bazarına daxil olan Röder, burada ilk yerli satış nümayəndəsini axtarır.
Biz kimi axtarırıq?
Röder-in məhsullarını Azərbaycan bazarına tanıtmaq, satış imkanlarını genişləndirmək və potensial tərəfdaşlarla iş birliyi qurmaq üçün ilk və əsas satış nümayəndəsi kimi çıxış edəcək təşəbbüskar və nəticəyönümlü bir Korporativ Satış Əməkdaşı axtarırıq.
Vəzifə öhdəlikləri
- Bazarın təhlili və potensial müştəri bazasının qurulması
- Tikinti, logistika, sərgi və tədbir sektorlarında satış imkanlarının müəyyən edilməsi
- Aktiv satış görüşlərinin təşkili və məhsul təqdimatlarının keçirilməsi
- Texniki məhsulların xüsusiyyətlərini öyrənmək və müştəriyə uyğun həllərin təklifi
- Satışdan sonra xidmətlərin və sifariş prosesinin koordinasiyası
- Almaniyadakı baş ofis və texniki komanda ilə əlaqə saxlayaraq layihələrin idarə olunması
- Satış performansının və bazar rəylərinin rəhbərliyə təqdim olunması
Namizəddən tələblər
- Ali təhsil (Biznes, Marketinq, Tikinti və ya Logistika sahəsində üstünlükdür)
- Minimum 3 il korporativ satış sahəsində təcrübə (B2B)
- Texniki məhsul satışı sahəsində bilik və təcrübə (üstünlükdür)
- Yüksək təqdimat, Effektiv ünsiyyət, danışıqlar aparma və şəbəkələşmə bacarığı
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət (Üstünlükdür)
- Təşəbbüskar, müstəqil işləmə bacarığı, strateji düşünmə və qərarvermə qabiliyyəti
İş Şərtləri
- İş qrafiki: Sərbəst
- Əmək haqqı: 1500 AZN – 2000 AZN (NET) + Bonus
Biz nə təklif edirik?
- Dünyanın 3-cü ən böyük çadır istehsal edən beynəlxalq şirkətində ilk yerli nümayəndə kimi karyera fürsəti
- Uğurlu satış göstəricilərinə əsaslanan bonus sistemi
- Sərbəst iş qrafiki
- Ölkə daxili və xarici təlim və tədbirlərdə iştirak etmək imkanı
Maraqlanan namizədlər öz CV-lərini “Korporativ Satış” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilər. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.