ROOF Academic Training ROOF Academic Training
  • 615

İmtahan Koordinatoru

  • Deadline 4 Avqust 2025

İşin Təsviri:

İmtahan Koordinatoru, Roof Academy İmtahan mərkəzində -müxtəlif növ şirkətdaxili , korporativ imtahanların düzgün və səmərəli şəkildə keçirilməsini təmin edən əsas şəxsdir. Bu vəzifə aşağıdakı məsuliyyətləri əhatə edir:

İmtahanların Təşkili və Keçirilməsi:

  • Satış komandası və kordinatorlar tərəfindən  təyin edilmiş imtahan vaxtlarının  və tarixlərinin  sistem üzərindən yoxlanılması və müvafiq siyahıya uyğun   olaraq komputerlərin öncədən sazlanması.
  • İmtahan otaqlarının hazırlanması və tələbələrin qəbul edilməsi.
  • İmtahanın əvvəlində tələbələrə qaydaların izah edilməsi və onlara rəhbərlik edilməsi.
  • İmtahanın gedişatında tələbələrin müşahidə edilməsi və qaydalara riayət   etmələrinin təmin edilməsi.
  • İmtahan sistemi üzrə hər hansı problem yaranarsa menecere melumat  verilməsi  və müvafiq tədbirlərin görülməsində iştirak edilməsi.

Nəticələrin Qeydiyyatı və Təhlili:

  • İmtahan nəticələrinin düzgün formada sistemə qeyd olunması.
  • Həftə sonu keçirilən sınaq imtahanlarının təşkili və nəzarət.
  • İmtahan Materiallarının Təhlükəsizliyi və Məxfiliyi:
  • İmtahan materiallarının təhlükəsizliyinin və məxfiliyinin təmin edilməsi.
  • İmtahan materiallarının düzgün, tam və standartlara uyğun şəkildə sistemə  yerləşdirilməsi.

Gündəlik Hesabatların Hazırlanması:

  • Gün ərzində keçirilmiş imtahanlarla bağlı gün sonunda hesabatların  hazırlanması və menecere təqdim edilməsi.

Tələblər:

  • Minimum 6 ay təcrübə (üstünlükdür).
  • İngilis dili biliyi (üstünlükdür).
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
  • Dəqiq və diqqətli olmaq.
  • Operativ və çevik olmaq.
  • Komanda ilə işləmək bacarığı.
  • Gərgin şəraitdə işləmək qabiliyyəti.
  • Yüksək məntiq və təfəkkür qabiliyyəti.

İş Rejimi:

  • İş saatları: İkili iş qrafikidir. 9-6 və 12-9 iş qrafikidir. Hər iki qrafikə uyğunluq tələb olunur
  • Əməkhaqqı 400-500 AZN

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər. 

  • Daily19
  • Weekly682
  • Monthly562