Satış üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış üzrə mütəxəssis

  • Истекает 22 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ROOF Academic Training beynəlxalq imtahanlara (IELTS, TOEFL, SAT və s.) hazırlıq, ümumi və korporativ ingilis dili və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.
Vəzifə öhdəlikləri:

  • Ana xidmət üzrə daxil olan müraciətlər əsasında namizədlərlə telefon və yazılı (WhatsApp və s.) şəkildə operativ əlaqə saxlamaq 
  • Ana xidmətlə bağlı WhatsApp və digər kommunikasiya kanallarına daxil olan sorğuları vaxtında və düzgün cavablandırmaq 
  • Daxil olan zəngləri qəbul edib cavablandırmaq, ehtiyac olduqda müvafiq şöbəyə yöləndirmək 
  • Müştərilərlə aparılan bütün ünsiyyət və görülən işləri CRM sisteminə dəqiq və vaxtında daxil etmək 
  • Mövcud və əvvəlki müştərilərlə davamlı əlaqə qurmaq, münasibətləri inkişaf etdirmək və müştəri məmnuniyyətini təmin etmək 
  • İmtahan nəticələrini namizədlərə operativ şəkildə çatdırmaq və növbəti mərhələlər üzrə yönləndirmə etmək 
  • Ofisə birbaşa müraciət edən namizədlərə xidmət göstərmək və bütün satış proseslərini yerinə yetirmək 
  • Xidmətlər üzrə digər satış nümayəndəsinin fəaliyyətinə nəzarət etmək, ehtiyac olduqda dəstək göstərmək və nəticələrin artırılmasına töhfə vermək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində və yüksək keyfiyyətlə icra etmək

Tələblər:

  • Ali təhsil (marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahələr üstünlükdür) 
  • Satış, müştəri xidməti və ya təhsil sahəsində minimum 6 ay iş təcrübəsi arzuolunandır 
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür 
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları 
  • Müştəriyönümlülük və nəticə fokuslu yanaşma 
  • CRM sistemləri ilə işləmə bacarığı (üstünlükdür) 
  • Komanda ilə işləmə və eyni zamanda müstəqil qərarvermə bacarığı 
  • Çoxsaylı müraciətləri effektiv idarə etmək bacarığı 
  • Ofis proqramlarında (MS Office, Google Sheets və s.) işləmə bacarığı

Xüsusi qeydlər:

  • Ünsiyyət bacarığı: Valideyn və ya tələbələrlə düzgün kommunikasiya qurulması
  • İnkişaf: Özünü daim inkişaf etdirmək, öyrənməyə meyilli olmaq
  • Zaman idarəetməsi: Vaxtı səmərəli şəkildə idarə etmək
  • Səbrli, məsuliyyətli və punktual olmaq

Sizə nə təklif edirik:

  • Gənc və dinamik komanda 
  • Pozitiv və motivasiyalı mühit
  • Öyrənmə və inkişaf perspektivləri

 Şərtlər:

  • Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
  • İş qrafiki: altı günlük iş həftəsi, Bazar ertəsi - Cümə 09:00-18:00, Şənbə 16:00-dək
  • İstirahət günü: həftənin bazar günü
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq

Maraqlanan namizədlər mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.

  • Daily101
  • Weekly568
  • Monthly2277