İşin Təsviri:
Hal-hazırda "Təhsil məsləhətçisi” vəzifəsi üçün yüksək bacarıqlı və peşəkar komanda yoldaşları axtarırıq. Əgər siz təhsildə dəyişiklik yaratmağa həvəsli, yeniliklərə açıq və tələbələrlə işləməkdən zövq aldığınızı düşünürsünüzsə, Roof Academy-də sizin üçün mükəmməl imkanlar var.
Əsas Vəzifələr:
- Tələbələrə Roof Academy-nin təhsil proqramları və imkanları haqqında ətraflı məlumat vermək, onların təhsil hədəflərinə uyğun seçimlər etmələrinə dəstək olmaq.
- Akademik planlaşdırma, hədəf qoyulması və inkişaf yollarının
- müəyyənləşdirilməsində tələbələrə rəhbərlik etmək.
- Tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri həll etmək məqsədilə onlara fərdi və qrup halında məsləhətlər vermək.
- Sosial və emosional məsələlərdə tələbələrə dəstək olmaq, onları mütəmadi izləmək.
- Müəllimlər, valideynlər və digər təhsil işçiləri ilə əməkdaşlıq edərək tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq və onların akademik uğurlarını artırmaq.
Tələblər:
- Psixologiya, Təhsil, Sosial İş və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi.
- Yüksək ünsiyyət bacarıqları, aktiv dinləmə qabiliyyəti və təqdimat bacarıqları. Tələbələrin ehtiyaclarını dəqiq şəkildə anlamaq və onlara empatiya göstərmək bacarığı.
- Diqqətli təşkilatçılıq, vaxt idarəetməsi və problem həll etmə bacarıqları.
- Təhsil sahəsində əsas metod və yanaşmalar haqqında dərin bilik.
- Stressli və çətin vəziyyətlərdə peşəkar və müsbət yanaşma göstərmək bacarığı. Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək qabiliyyəti.
- Ofis proqramlarında istifadə etmə bacarığı
Təcrübə:
- Təhsil və ya sosial xidmət sahələrində əvvəlki iş təcrübəsi üstünlük təşkil edir.
Roof Academy ilə işləməkdən nə gözləyə bilərsiniz?
Roof Academy-nin inkişaf edən və innovativ iş mühitində fəaliyyət göstərmək. Beynəlxalq təhsil sahəsində yenilikləri izləyərək peşəkar inkişaf imkanları. Tələbələrin həyatında müsbət dəyişikliklər yaratmaq, onların təhsil yolunu və şəxsi inkişafını dəstəkləmək.