ROOF Academic Training ROOF Academic Training
  • 442

Təhsil Məsləhətçisi

  • Deadline 21 Avqust 2025

Vəzifə öhdəlikləri:

  • Tələbələrə Roof Academy haqqında təhsil proqramları və imkanları haqqında ətraflı məlumat vermək,onların təhsil hədəflərinə uyğun seçimlər etməklərinə dəstək olmaq
  • Akademik planlaşdırma,hədəf qoyulması və inkişaf yolarının müəyyənləşdirilməsində tələbələrə rəhbərlik etmək
  • Tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri həll etmək məqsədilə onlara fərdi və qrup halında məsləhətlər vermək
  • Sosial emosional məsələlərdə tələbələrə dəstək olmaq,onları mütəmadi izləmək
  • Müəllimlər,valideynlər və digər təhsil işçiləri ilə əməkdaşlıq edərək tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq və onların akademik uğurlarını artırmaq

Tələblər:

  • Psixologiya,Təhsil,Sosial iş və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi
  • Yüksək ünsiyyət bacarıqları,aktiv dinləmə qabiliyyəti və təqdimat bacarıqları
  • Tələbələrin ehtiyaclarını dəqiq şəkildə anlamaq və onlara empatiya göstərmək bacarığı
  • Diqqətli təşkilatçılıq,vaxt idarəetməsi və problem həll etmə bacarıqları
  • Təhsil sahəsində əsasə metod və yanaşmalar haqqında dərin bilik
  • Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək qabiliyyəti
  • Ofis proqramlarından istfadə etmə bacarığı

Təcrübə: Təhsil və ya sosial xidmət sahələrində iş təcrübəsi üstünlük təşkil edir

Şərtlər:

  • Əmək haqqı: Müsahibə əsasında – namizədin təcrübəsi və bacarıqlarına uyğun olaraq razılaşdırılacaq
  • İş rejimi: Tam-ştat, həftədə 6 gün (şənbə günü qısamüddətli iş günü)

Müraciətinizi Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq tamamlamağınız xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək,yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily114
  • Weekly216
  • Monthly1958