Vəzifə öhdəlikləri:
- Tələbələrə Roof Academy haqqında təhsil proqramları və imkanları haqqında ətraflı məlumat vermək,onların təhsil hədəflərinə uyğun seçimlər etməklərinə dəstək olmaq
- Akademik planlaşdırma,hədəf qoyulması və inkişaf yolarının müəyyənləşdirilməsində tələbələrə rəhbərlik etmək
- Tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri həll etmək məqsədilə onlara fərdi və qrup halında məsləhətlər vermək
- Sosial emosional məsələlərdə tələbələrə dəstək olmaq,onları mütəmadi izləmək
- Müəllimlər,valideynlər və digər təhsil işçiləri ilə əməkdaşlıq edərək tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq və onların akademik uğurlarını artırmaq
Tələblər:
- Psixologiya,Təhsil,Sosial iş və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi
- Yüksək ünsiyyət bacarıqları,aktiv dinləmə qabiliyyəti və təqdimat bacarıqları
- Tələbələrin ehtiyaclarını dəqiq şəkildə anlamaq və onlara empatiya göstərmək bacarığı
- Diqqətli təşkilatçılıq,vaxt idarəetməsi və problem həll etmə bacarıqları
- Təhsil sahəsində əsasə metod və yanaşmalar haqqında dərin bilik
- Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək qabiliyyəti
- Ofis proqramlarından istfadə etmə bacarığı
Təcrübə: Təhsil və ya sosial xidmət sahələrində iş təcrübəsi üstünlük təşkil edir
Şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında – namizədin təcrübəsi və bacarıqlarına uyğun olaraq razılaşdırılacaq
- İş rejimi: Tam-ştat, həftədə 6 gün (şənbə günü qısamüddətli iş günü)
Müraciətinizi Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq tamamlamağınız xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək,yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.