RS Global şirkəti komandamıza qoşulacaq, insan resursları proseslərini idarə edə bilən, məsuliyyətli və ünsiyyət bacarıqları yüksək HR menecer axtarır.
Namizədə dair tələblər
- Rus dilini yaxşı səviyyədə bilmək — mütləqdir;
- İngilis dili biliyi arzuolunandır;
- Ünsiyyət və müsahibə aparmaq bacarığı;
- Məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq;
- İşləri planlaşdırmaq və bir neçə prosesi koordinasiya etmək bacarığı;
- Komanda ilə işləmək və operativ qərar vermək bacarığı;
- İnsan resursları sahəsində bilik və ya təcrübə üstünlükdür.
Əsas vəzifə öhdəlikləri
- İşə qəbul prosesini idarə etmək: vakansiyaları yerləşdirmək, CV-ləri nəzərdən keçirmək və namizədlərlə müsahibələr təşkil etmək;
- Yeni əməkdaşların işə uyğunlaşması (onboarding) prosesini koordinasiya etmək;
- Əməkdaşların şəxsi işləri və HR sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;
- Məzuniyyət, davamiyyət və iş qrafikləri ilə bağlı prosesləri izləmək;
- Əməkdaşlarla bağlı gündəlik müraciət və məsələləri idarə etmək;
- Rəhbərliklə əməkdaşlıq edərək HR proseslərini təkmilləşdirmək və verilən tapşırıqları vaxtında icra etmək.
Təklif edirik
- 1000 AZN əməkhaqqı;
- Peşəkar və işgüzar mühit;
- İş bacarıqlarına uyğun inkişaf imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün +994 99 888 60 61 nömrəsi ilə əlaqə saxlayın.
RS Global — Birlikdə daha böyük hədəflərə.