HR menecer

  • Истекает 20 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

RS Global şirkəti komandamıza qoşulacaq, insan resursları proseslərini idarə edə bilən, məsuliyyətli və ünsiyyət bacarıqları yüksək HR menecer axtarır.

Namizədə dair tələblər

  • Rus dilini yaxşı səviyyədə bilmək — mütləqdir;
  • İngilis dili biliyi arzuolunandır;
  • Ünsiyyət və müsahibə aparmaq bacarığı;
  • Məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq;
  • İşləri planlaşdırmaq və bir neçə prosesi koordinasiya etmək bacarığı;
  • Komanda ilə işləmək və operativ qərar vermək bacarığı;
  • İnsan resursları sahəsində bilik və ya təcrübə üstünlükdür.

Əsas vəzifə öhdəlikləri

  • İşə qəbul prosesini idarə etmək: vakansiyaları yerləşdirmək, CV-ləri nəzərdən keçirmək və namizədlərlə müsahibələr təşkil etmək;
  • Yeni əməkdaşların işə uyğunlaşması (onboarding) prosesini koordinasiya etmək;
  • Əməkdaşların şəxsi işləri və HR sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;
  • Məzuniyyət, davamiyyət və iş qrafikləri ilə bağlı prosesləri izləmək;
  • Əməkdaşlarla bağlı gündəlik müraciət və məsələləri idarə etmək;
  • Rəhbərliklə əməkdaşlıq edərək HR proseslərini təkmilləşdirmək və verilən tapşırıqları vaxtında icra etmək.

Təklif edirik

  • 1000 AZN əməkhaqqı;
  • Peşəkar və işgüzar mühit;
  • İş bacarıqlarına uyğun inkişaf imkanı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün +994 99 888 60 61 nömrəsi ilə əlaqə saxlayın.

RS Global — Birlikdə daha böyük hədəflərə.

  • Daily15
  • Weekly347
  • Monthly1768