Vəzifə öhdəlikləri:
- GPON və Ethernet xətləri üzrə quraşdırma və texniki işlərin həyata keçirilməsi;
- Modem və routerlərin quraşdırılması və konfiqurasiyasının aparılması;
- İnternet bağlantısının yoxlanılması, sazlanması və yaranmış texniki nasazlıqların aradan qaldırılması;
- Kabel xətlərinin çəkilməsi, qoşulması və texniki vəziyyətinin yoxlanılması;
- Mövcud abunəçilərdə internet bağlantısı ilə bağlı yaranan problemlərin yerində aradan qaldırılması;
- Texniki avadanlıqlara profilaktik baxışın keçirilməsi;
- Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Namizədə tələblər:
- 20-40 yaş arası bəy namizədlər;
- GPON və Ethernet texnologiyaları üzrə bilik və praktiki bacarıqlar;
- Modem və routerlərin konfiqurasiyası üzrə praktiki təcrübə;
- Kabel xətlərinin çəkilməsi, qoşulması və yoxlanılması bacarığı;
- İnternet bağlantısında yaranan texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı;
- Ünsiyyət qurmaq və operativ işləmək bacarığı.
Əlavə məlumat
- İş qrafiki: Növbəli qrafik əsasında, 6 günlük iş həftəsinə uyğun;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;
- İş yeri: “S-Line” MMC, Bakı şəhəri, Yasamal ray., Həsən bəy Zərdabi pr.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Texnik" başlığı ilə göndərə bilərsiniz.