Yeni qurulan marketing şirkətimiz üçün strateji düşüncəsi olan, motion bacarığı güclü və AI alətləri ilə işləyə bilən dizayner axtarırıq. Biz müxtəlif sahələrdə (brendlər, xidmətlər, layihələr) işləyirik və bir sahəyə yox, düşüncə çevikliyinə sahib dizayner axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müxtəlif sahələr üzrə brend və reklam vizuallarının hazırlanması
- Sosial media, digital reklamlar, təqdimatlar və kataloqlar üçün dizayn
- Statik dizaynların motion formatına uyğunlaşdırılması
- Reels, promo və qısa video kontentlərin hazırlanması
- AI alətləri ilə vizual inkişaf
- Marketinq strategiyasına uyğun, məqsədli və ölçülə bilən dizaynlar yaratmaq
Tələblər:
- Adobe Photoshop və Illustrator – yüksək səviyyə
- After Effects – motion bacarığı
- AI əsaslı dizayn alətləri ilə işləmə təcrübəsi
- Vizual hierarchy, layout və branding anlayışı
- Fərqli sahələrə tez adaptasiya olmaq bacarığı
- Məsuliyyətli, analitik və təşəbbüskar yanaşma
Üstünlük veriləcək:
- Motion + storytelling bacarığı
- Trendləri kor-koranə yox, məqsədlə istifadə edən dizayn yanaşması
Biz təklif edirik:
- Çoxşaxəli və inkişaf edən layihələr
- Yaradıcı qərarlara açıq iş mühiti
- Uzunmüddətli əməkdaşlıq perspektivi
- Bacarıq və nəticəyə uyğun əmək haqqı
Müraciət zamanı qısa olaraq qeyd edin: Hansı sahələrdə işləmək təcrübəniz var və AI alətlərini dizayn prosesində necə istifadə edirsiniz?
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.