Vəzifə öhdəlikləri:
- Müştəri bazasının idarə olunması və CRM sistemində gündəlik işlərin aparılması
- Müştəri ilə güclü və uzunmüddətli əlaqələrin qurulması
- Satış və marketinq komandası ilə sıx əməkdaşlıq
- Yeni layihələrin yaradılması və icrası
- Müştəri şikayət və sorğularının effektiv həlli
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Müştəri səyahətinin təhlili əsasında avtomatlaşdırılmış təşviqedici kampaniyalar hazırlamaq və işə salmaq, əsas məqamları müəyyənləşdirmək və lazımi anda düzgün mesajı çatdırmaq;
- Çoxsaylı formatlar (push, SMS, email, pop-up) üçün Azərbaycan və rus dillərində cəlbedici məzmun yazmaq, vizual və şablonların hazırlanması üçün dizaynerlərlə koordinasiya etmək;
- Kampaniyaların nəticələrinin təhlili, növbəti kampaniyalar üçün analiz və hesabatlarının hazırlanması;
- Müştəri məlumatları və alış davranışları analizi əsasında müştərilərə özəl təkliflərin hazırlanması;
- Kampaniyalara əsasən mövcud müştəri məlumatlarının yığılması və telemarketinq əməkdaşlarına yönəldilməsi;
- Müştəri məmnuniyyəti, satış və digər mühüm göstəricilər üzrə hesabatlar hazırlamaq;
- Şirkət üzrə RFM analizinin aparılması;
Tələblər:
- CRM və müştəri əlaqələri sahəsində ən azı 2-3 il iş təcrübəsi
- Müştəri yönümlü yanaşma və yüksək ünsiyyət bacarığı
- Komanda ilə işləmə bacarığı
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
- Operativ və düzgün qərarvermə bacarığı;
- Analitik düşüncə və hesabatvermə qabiliyyəti
- Dil bilikləri (Azərbaycan dili mütləq, rus və ingilis dili üstünlükdür)
Şərtlər:
- Rəsmi əmək müqaviləsi
- Maaş: 700 – 1000 AZN (təcrübəyə uyğun)
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- İş yeri: Bakı, Nizami 92.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.