Namizədə Dair Tələblər:
- Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsi üzrə Bakalavr dərəcəsi.
- İş təcrübəsi: 4+ il
Proqram bilikləri:
- MS Excel proqramını yüksək səviyyədə bilmək
- Maliyyə modelləşdirilməsi, suni intellekt alətləri üzrə (AI) biliklər
Dil bilikləri:
- İngilis (mütləqdir)hy və Azərbaycan dilində sərbəst işgüzar ünsiyyət və yazışma bacarığı (Rus dili bilikləri üstünlükdür).
Fərdi keyfiyyətlər (Soft Skills):
- Yüksək dəqiqlik, analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və detaylara xüsusi diqqət yetirmək bacarığı.
Vəzifənin Məqsədi və Əsas Öhdəlikləri:
- Büdcələrin hazırlanması və proqnozlaşdırılmasının həyata keçirilməsi
- Büdcə icrasına nəzarət, faktiki göstəricilərin plan göstəriciləri ilə müqayisəsi və kənarlaşmaların təhlili
- Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və monitorinqi
- Məlumatların toplanması və düzgünlüyünün yoxlanılması məqsədilə aidiyyəti struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi
- Büdcələşdirmə və maliyyə proqnozlaşdırılması üzrə məlumatların dəqiqliyinin, tamlığının və ardıcıllığının təmin edilməsi
- Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifə və tapşırıqların yerinə yetirilməsi
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: 5 günlük iş həftəsi (On-site / Ofis daxili)
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Aparıcı / Böyük Maliyyə planlaşdırılması və təhlili mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.