Əsas vəzifələr:
- Şirkətin fəaliyyətinə tam hüquqi dəstəyin göstərilməsi
- Müqavilələrin, qərarların, əmrlərin və daxili sənədlərin yoxlanılması və təsdiqlənməsi
- Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi
- Rəhbərliyə korporativ, kommersiya, əmək, mülki və inzibati hüquq məsələləri üzrə məsləhətlərin verilməsi
- Xidmət, təchizat, subpodrat və EPC müqavilələrinin yoxlanılması
- Dövlət və özəl qurumlarla danışıqlarda iştirak
- Daxili qaydaların, siyasətlərin və prosedurların hazırlanması və yenilənməsi
- Bütün departamentlər üzrə hüquqi uyğunluğun monitorinqi
- Hüquqi risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin tövsiyə edilməsi
- Hüquq komandasına rəhbərlik və nəzarət
Tələblər:
- Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (LL.M üstünlükdür)
- 1-2 il İş təcrübəsi
- Korporativ və kommersiya hüququ, EPC ( tikinti,mtk) layihələri üzrə güclü biliklər
- Azərbaycan qanunvericiliyi və beynəlxalq müqavilə standartları üzrə dərin bilik
- Güclü sənəd tərtibatı, danışıqlar və liderlik bacarıqları
- Azərbaycan, İngilis və Rus dillərində sərbəstlik
İş şəraiti
- Ünvan: Bakı şəhəri
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
- Tam iş vaxtı
- İş günləri: 5 gün
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.