Maliyyə mütəxəssisi

  • Deadline 23 Noyabr 2026

İş yeri: Bakı

İş qrafiki: 5 günlük iş həftəsi (On-site / Ofis daxili)

Namizədə Dair Tələblər:

  • Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsi üzrə Bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst işgüzar ünsiyyət və yazışma bacarığı (İngilis və ya Rus dili bilikləri üstünlükdür).
  • Fərdi keyfiyyətlər (Soft Skills): Yüksək dəqiqlik, analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və detaylara xüsusi diqqət yetirmək bacarığı.

İş təcrübəsi və Proqram bilikləri:

  • MS Excel proqramını yüksək səviyyədə bilmək (XLOOKUP/VLOOKUP, SUMIFS funksiyaları və mürəkkəb hesabatların hazırlanması bacarığı).
  • ERP və mühasibatlıq sistemləri ilə iş təcrübəsi (1C proqramı bilikləri olanlara üstünlük verilir).
  • Büdcə və faktiki xərclərin təhlili, debitor borclarının yaşlandırılması və pul axını (Cash Flow) hesabatlarının hazırlanması təcrübəsi.

Vəzifənin Məqsədi və Əsas Öhdəlikləri:

  • Tikinti layihələri üzrə ödəniş sənədlərini, hesab-fakturaları, müqavilələri, təhvil-təslim aktlarını və digər təsdiqedici sənədləri yoxlamaq.
  • Hər bir ödənişin düzgün layihə, xərc mərkəzi, büdcə sətri və xərc kateqoriyası üzrə təsnifləşdirilməsini təmin etmək.
  • Materiallar, avadanlıqlar, subpodrat işləri, əməkhaqqı, texnika icarəsi, logistika və digər xərclərin müvafiq büdcə maddələrinə aid edilməsinə nəzarət etmək.
  • Büdcədənkənar, artıq və ya yanlış kateqoriyaya aid edilmiş ödənişləri müəyyən etmək və müvafiq rəhbərliyə məlumat vermək.
  • Ödəniş reyestrini aparmaq.Müştərilər, sifarişçilər üzrə alacaqların dəqiq uçotunu aparmaq.
  • Debitor borclarının yaşlandırma hesabatını (Accounts Receivable Aging Report) hazırlamaq.
  • Vaxtı keçmiş alacaqları müəyyən etmək, onların səbəblərini təhlil etmək və yığım prosesini izləmək.
  • Sifarişçilərdən daxil olmalı ödənişlərin müqavilə qrafiki və təsdiq edilmiş görülmüş işlər üzrə vaxtında alınmasına nəzarət etmək.
  • Debitor məlumatlarını satış, müqavilələr, layihə idarəetməsi və mühasibatlıq şöbələri ilə uzlaşdırmaq.
  • Debitor borcları üzrə risklər, gecikmələr və gözlənilən daxilolmalar barədə rəhbərliyə hesabat təqdim etmək.
  • Maliyyə məlumatlarının tam, düzgün və vaxtında sistemə daxil edilməsini təmin etmək.
  • Müqavilə, hesab-faktura, ödəniş tapşırığı və mühasibat yazılışları arasında uyğunluğu yoxlamaq.
  • Sənədlərin düzgün arxivləşdirilməsini və audit üçün əlçatan olmasını təmin etmək.
  • Maliyyə məlumatlarında təkrarlanan qeydləri, səhvləri və uyğunsuzluqları aşkar edib aradan qaldırmaq.
  • Şirkətin maliyyə prosedurlarına, daxili nəzarət qaydalarına və tətbiq olunan mühasibat standartlarına riayət etmək.
  • Büdcə və faktiki xərclərin təhlili, debitor borclarının yaşlandırılması və pul axını hesabatlarının hazırlanması bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily109
  • Weekly555
  • Monthly1970