Sabah Capital Partners MMC Sabah Capital Partners MMC
  • 512

Sabah Capital Partners MMC

Digər

Payable Mühasib (Təchizatçı Hesabları üzrə Mühasib)

Payable Mühasib (Təchizatçı Hesabları üzrə Mühasib)

  • Deadline 9 Yanvar 2026

Struktur bölmə: Maliyyə və Mühasibatlıq şöbəsi

Vəzifə Öhdəlikləri:

  • Təchizatçılara və xidmət göstərən şirkətlərə ödənişlərin vaxtında və düzgün icrasını təmin etmək
  • Gələn fakturaları, təhvil-təslim aktlarını və digər ilkin sənədləri yoxlamaq, təsdiqləmək və müvafiq mühasibat uçotuna daxil etmək
  • Həftəlik və aylıq ödəniş cədvəllərini hazırlamaq
  • Ödənişlər həyata keçirildikdən sonra məlumatların 1C 8.3 proqramına daxil edilməsini təmin etmək
  • Təchizatçılarla maliyyə məsələləri üzrə koordinasiya aparmaq, sorğulara operativ şəkildə cavab vermək
  • Büdcə ilə işləmək prinsiplərini tətbiq etmək və maliyyə planlamasına riayət etmək
  • Hesablar üzrə qalıqları, qarşılıqlı öhdəlikləri yoxlamaq və uzlaşma aktlarını hazırlamaq
  • Daxili audit və maliyyə yoxlamaları üçün tələb olunan sənədlərin təqdim edilməsinə dəstək göstərmək
  • Maliyyə əməliyyatlarının qanunvericiliyə və daxili prosedurlara uyğun aparılmasını təmin etmək

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
  • Minimum 2 il iş təcrübəsi (payable və ya mühasibatlıq sahəsində)
  • 1C proqramında yüksək səviyyədə işləmə bacarığı
  • Microsoft Excel proqramında sərbəst və peşəkar işləmək bacarığı
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti
  • Yüksək kommunikasiya bacarığı və komanda ilə işləmək bacarığı

Şirkət təklif edir:

  • Rəsmi əmək müqaviləsi və stabil iş mühiti
  • Aylıq əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
  • Karyera inkişafı və təlim imkanları
  • Nahar və servis xidməti (əgər tətbiq olunursa)

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciət edə bilərlər.

  • Daily11
  • Weekly610
  • Monthly1178