Vergi nəzarəti və uyğunluq:
- Tikinti layihələri üzrə bütün vergi öhdəliklərinin mövcud qanunvericiliyə uyğun icra olunmasına nəzarət etmək.
- Baş mühasiblər tərəfindən hazırlanan aylıq, rüblük və illik vergi bəyannamələrini yoxlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək.
- Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, torpaq və əmlak vergisi, gəlir vergisi və s.) dəqiqliyini və vaxtında vergi orqanlarına təqdim olunmasını təmin etmək.
Layihələr üzrə nəzarət:
- Hər bir tikinti layihəsinin mühasibat uçotu və vergi öhdəliklərini təhlil etmək.
- Layihələr üzrə vergi risklərini müəyyənləşdirmək və onların minimuma endirilməsi üçün tədbirlər görmək.
- Müxtəlif layihələr üzrə baş mühasiblərlə koordinasiyada işləyərək hesabatların düzgünlüyünü təmin etmək.
Hesabatlılıq və audit:
- Vergi orqanlarından daxil olan sorğulara cavabların hazırlanmasına nəzarət etmək.
- Daxili və xarici auditorlarla əməkdaşlıq etmək, tələb olunan sənədlərin və izahların verilməsini təmin etmək.
- Vergi yoxlamaları zamanı şirkəti təmsil etmək və prosesin düzgün idarə olunmasını təmin etmək.
Qanunvericilik və dəyişikliklərin izlənməsi:
- Vergi Məcəlləsində və digər əlaqəli normativ-hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək.
- Şirkət rəhbərliyini və layihə mühasiblərini bu dəyişikliklər barədə məlumatlandırmaq.
Daxili nəzarət və optimizasiya:
- Vergi uçotunun və hesabatların şəffaflığını artırmaq üçün daxili prosedurlar hazırlamaq.
- Vergi öhdəliklərinin optimallaşdırılması üçün tövsiyələr vermək.
- Vergi risklərinin idarə olunması üzrə metodologiya işləyib hazırlamaq və tətbiqini təmin etmək.
Əlavə bacarıqlar / tələb olunan biliklər:
- Azərbaycan Vergi Məcəlləsi və mühasibat uçotu standartları üzrə dərin bilik.
- Tikinti sektorunda vergi uçotu üzrə təcrübə.
- BIG10 audit sirketlerinde tercubesi ustunlukdur.
- Müxtəlif layihələrin vergi risklərini qiymətləndirmə bacarığı.
- MS Office (xüsusilə Excel), ERP proqramları və e-beyanname sistemlərindən istifadə təcrübəsi.
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqədar sahələr)
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
- Mühasibatlıq proqramları və Excel üzrə yaxşı biliklər
- Dəqiqlik, analitik düşüncə, məsuliyyət və vaxtında icra bacarığı
İş şəraiti:
- İş rejimi: 5 günlük iş qrafiki (09:00–18:00)
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
- Ünvan: Bayıl ərazisində yerləşir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.