Əsas vəzifələr
- Anbardar təyin olunduğu sayt/layihə anbarında mal-material ehtiyatlarının qəbulu, saxlanması, uçotu və verilməsi üzrə gündəlik əməliyyatların düzgün və vaxtında icrasına görə məsuliyyət daşıyır.
- Vəzifənin məqsədi anbarda olan ehtiyatların təhlükəsizliyini, dəqiq uçotunu və Baş Anbardara qarşı hesabatlılığı təmin etməkdir.
- Anbara daxil olan mal-materialları müşayiət sənədləri (qaimə-faktura, TTN və s.) ilə tutuşdurmaqla qəbul etmək və keyfiyyət/say uyğunluğunu yoxlamaq.
- Qəbul olunmuş mal-materialları müəyyən olunmuş qaydada anbarda yerləşdirmək, markalamaq və saxlama şəraitini təmin etmək.
- Mal-materialların anbardan sərəncam sənədləri (tələbnamə, akt və s.) əsasında verilməsini həyata keçirmək.
- Anbar qalıqlarının 1C proqramında gündəlik və dəqiq uçotunu aparmaq.
- Anbarda mal-materialların hərəkəti üzrə ilkin uçot sənədlərini (mədaxil və məxaric orderləri) tərtib etmək.
- Dövri və illik inventarizasiyalarda iştirak etmək, faktiki qalıqları sistem məlumatları ilə tutuşdurmaq.
- Anbarda uyğunsuzluq (əskiklik, artıqlıq, zədə) aşkar edildikdə dərhal Baş Anbardara məlumat vermək.
- Anbardar köməkçisinin və fəhlələrin gündəlik işini əlaqələndirmək və icrasına nəzarət etmək.
- Yükləmə-boşaltma işlərinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək.
- Anbar sahəsində təmizliyə, səliqəyə və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək.
- Baş Anbardarın tapşırığı ilə digər əlaqəli işləri yerinə yetirmək.
Tələblər:
- Ali təhsil
- İş təcrübəsi tikinti sahəsində 1 il
- Anbar sənədləşməsi (mədaxil-məxaric orderləri, tələbnamələr) üzrə bilik
- 1C proqramında anbar modulu üzrə iş bacarığıTəmkinli və səbirli olması vacibdir.
- Stressə davamlılıq, dəqiqlik,
- Bəy Namizədlər
Əlavə qeyd
- Əmək haqqı işçinin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
- İş yeri: Bayıl, Xanlar küçəsi 10,
- Həftə içi 5 gün, 09:00-18:00
Tikinti sahəsində təcrübəsi olması mütləqdir. Digər cv-lər qəbul edilməyəcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.