Anbardar

  • Истекает 21 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifələr

  • Anbardar təyin olunduğu sayt/layihə anbarında mal-material ehtiyatlarının qəbulu, saxlanması, uçotu və verilməsi üzrə gündəlik əməliyyatların düzgün və vaxtında icrasına görə məsuliyyət daşıyır.
  • Vəzifənin məqsədi anbarda olan ehtiyatların təhlükəsizliyini, dəqiq uçotunu və Baş Anbardara qarşı hesabatlılığı təmin etməkdir.
  • Anbara daxil olan mal-materialları müşayiət sənədləri (qaimə-faktura, TTN və s.) ilə tutuşdurmaqla qəbul etmək və keyfiyyət/say uyğunluğunu yoxlamaq.   
  • Qəbul olunmuş mal-materialları müəyyən olunmuş qaydada anbarda yerləşdirmək, markalamaq və saxlama şəraitini təmin etmək.
  • Mal-materialların anbardan sərəncam sənədləri (tələbnamə, akt və s.) əsasında verilməsini həyata keçirmək.
  • Anbar qalıqlarının 1C proqramında gündəlik və dəqiq uçotunu aparmaq.
  • Anbarda mal-materialların hərəkəti üzrə ilkin uçot sənədlərini (mədaxil və məxaric orderləri) tərtib etmək.
  • Dövri və illik inventarizasiyalarda iştirak etmək, faktiki qalıqları sistem məlumatları ilə tutuşdurmaq.
  • Anbarda uyğunsuzluq (əskiklik, artıqlıq, zədə) aşkar edildikdə dərhal Baş Anbardara məlumat vermək.
  • Anbardar köməkçisinin və fəhlələrin gündəlik işini əlaqələndirmək və icrasına nəzarət etmək.
  • Yükləmə-boşaltma işlərinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək.
  • Anbar sahəsində təmizliyə, səliqəyə və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək.
  • Baş Anbardarın tapşırığı ilə digər əlaqəli işləri yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil 
  • İş təcrübəsi tikinti sahəsində 1 il 
  • Anbar sənədləşməsi (mədaxil-məxaric orderləri, tələbnamələr) üzrə bilik
  • 1C proqramında anbar modulu üzrə iş bacarığıTəmkinli və səbirli olması vacibdir.
  • Stressə davamlılıq, dəqiqlik,
  • Bəy Namizədlər

Əlavə qeyd

  • Əmək haqqı işçinin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
  • İş yeri: Bayıl, Xanlar küçəsi 10, 
  • Həftə içi 5 gün, 09:00-18:00

Tikinti sahəsində təcrübəsi olması mütləqdir. Digər cv-lər qəbul edilməyəcək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly448
  • Monthly1866