Sabah Investment Group Sabah Investment Group
  • 530

Sabah Investment Group

Biznes

Baş mühasib

  • Deadline 3 Mart 2026

Mühasibat uçotunun təşkili və idarə olunması

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılmasını təşkil etmək.
  • Mühasibat uçotu üzrə normativ-hüquqi aktlara, milli və beynəlxalq mühasibat standartlarına uyğunluğu təmin etmək.
  • Mühasibat siyasətinin hazırlanması və tətbiqi.

 Maliyyə vəsaitlərinin uçotu və idarə olunması

  • Pul vəsaitlərinin hərəkətinə nəzarət (kassa, bank hesabları, tranzit hesablar).
  • Tikinti obyektləri üzrə gəlir və xərclərin ayrı-ayrılıqda uçotunun aparılması.
  • Debitor və kreditor borclarına nəzarət.

Vergi və digər öhdəliklərin icrası

  • Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, gəlir vergisi və s.) hazırlanması və təqdim edilməsi.
  • Tikinti sahəsinə xas olan vergi güzəştlərinin və spesifik qaydaların düzgün tətbiqi.
  • Büdcə və büdcədənkənar fondlara ödənişlərin vaxtında həyata keçirilməsi.

Maliyyə hesabatlarının hazırlanması

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının tərtib edilməsi.
  • Layihə və obyektlər üzrə maliyyə nəticələrinin rəhbərliyə təqdim edilməsi.
  • Auditin təşkili və auditorlarla əməkdaşlıq.

Tikinti sahəsinə məxsus spesifik öhdəliklər

  • Tikinti-montaj işləri üzrə smeta, müqavilə və faktiki xərclərin müqayisəli uçotunu aparmaq.
  • Materialların, avadanlıqların və əsas vəsaitlərin hərəkətinə və uçotuna nəzarət.
  • Podratçı və subpodratçılarla hesablaşmaların düzgün aparılması.
  • İnşaat obyektlərində görülən işlərin aktlarının (forma KBS-2, KBS-3 və s.) maliyyə uçotuna daxil edilməsini təmin etmək.

Nəzarət və idarəetmə

  • Mühasibatlıq şöbəsinin fəaliyyətinə rəhbərlik etmək.
  • Daxili nəzarət mexanizmlərinin tətbiqi.
  • Rəhbərliyə maliyyə analizi və tövsiyələr təqdim etmək.

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil (Mühasibat uçotu və ya Maliyyə ixtisası üzrə);
  • MS Office proqramları (xüsusilə Word, Excel), 1C (kompleks avtomatlasdirma) proqramlarında sərbəst işləmək bacarığı;
  • Maliyyə uçotu standartlarına uyğun Balans, Mənfəət və Zərər hesabatı (PL);
  • Əla səviyyədə Azərbaycan dili və İngilis  dili  (Mütləqdir);
  • IFRS bilikləri (Mütləqdir);
  • Məsuliyyətli və işində dəqiq;
  • Təhlil və analiz etmə qabiliyyəti;
  • Kollektivdə işləmə bacarığı olan;
  • Analitik yanaşma qabiliyyəti;
  • Rəhbərlik tərəfindən verilən digər gündəlik əməliyyatları icra etmək.

Təhsil və iş təcrübəsi

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə);
  • Tikinti və ya layihə maliyyəsi sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Büdcə nəzarəti üzrə aparıcı və ya analoji vəzifədə təcrübə arzuolunandır.

İş şəraiti:

  • İş rejimi: 5 günlük iş qrafiki (09:00–18:00)
  • Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq 
  • Ünvan: Bayıl ərazisində yerləşir. 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly414
  • Monthly421