Vəzifə öhdəlikləri
- Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək;
- Layihə daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
- Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
- Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
- Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək;
- Sənəd mübadiləsinin layihə daxili sənədlərə nəzarət proseduruna uyğun aparmaq;
- Vaxtı keçmiş sənədlər haqqında komanda üzvlərini məlumatlandırmaq;
- Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq;
- Podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək;
- Texniki sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək;
- Təsdiq olunmuş müqavilələrin uyğunluğunun yoxlanılması və qeydiyyata salınması;
- Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlə
- Tikinti icazələrinin alınması rəsmiləşdirilməsi kimi dövlət proses və prosedurlarından məlumatlı.
Tələblər:
- Ali təhsilli bakalavr və ya magistr dərəcəsi (LL.M üstünlükdür)
- 2-3 il peşəkar hüquqi iş təcrübəsi, o cümlədən Tikinti və MTK sənəd işlərinin aparılmasında təcrübə
- Korporativ və kommersiya hüququ, EPC ( tikinti,mtk) layihələri üzrə güclü biliklər
- Azərbaycan qanunvericiliyi və beynəlxalq müqavilə standartları üzrə dərin bilik
- Güclü sənəd tərtibatı, danışıqlar və liderlik bacarıqları
- Azərbaycan, İngilis və Rus dillərində sərbəstlik
İş şəraiti
- Ünvan: Bakı şəhəri
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
- Tam iş vaxtı
- İş günləri: 5 gün
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.