Sabah Investment Group Sabah Investment Group
  • 387

Sabah Investment Group

Biznes

Təchizat üzrə Mütəxəssis (Lead)

Təchizat üzrə Mütəxəssis (Lead)

  • Deadline 3 Mart 2026

Əsas vəzifələr:

Bazar və sahə üzrə biliklər

  • Tikinti materialları bazarının (yerli və xarici) dərindən öyrənilməsi və daimi təhlili.
  • Materialların texniki xüsusiyyətlərini, spesifikasiyalarını və tətbiq sahələrini bilmək (sement, armatur, izolyasiya, fasad sistemləri, gips, alçıpan, boya, dam örtükləri və s.).
  • Qiymət dəyişiklikləri, mövsümi dalğalanmalar və bazar tendensiyalarının izlənilməsi.
  • Alternativ material və texniki həllərin təklif olunması.

Təchizat və satınalma fəaliyyəti

  • Layihə və obyekt ehtiyaclarına uyğun materialların seçilməsi və təmin olunması.
  • Satınalma sorğularının hazırlanması və təchizatçılardan kommersiya təkliflərinin toplanması.
  • Qiymət, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisəli analiz.
  • Satınalma prosesinin başdan sona qədər idarə olunması.

Vendor bazası və danışıqlar

  • Geniş və etibarlı vendor bazasının (istehsalçılar, rəsmi distribyutorlar, topdan satıcılar) yaradılması və saxlanılması.
  • Mövcud təchizatçılarla uzunmüddətli əməkdaşlığın qurulması.
  • Yeni istehsalçı və satıcıların axtarışı və qiymətləndirilməsi.
  • Qiymət və şərtlər üzrə danışıqların aparılması.

Koordinasiya və nəzarət

  • Anbar, logistika və mühasibatlıq şöbələri ilə sıx əməkdaşlıq.
  • Çatdırılma qrafikinə və sifarişlərin düzgün icrasına nəzarət.
  • Müqavilə və ilkin sənədlərin düzgünlüyünün təmin edilməsi.
  • Obyektlər üzrə material təminatında fasilələrin qarşısının alınması.

Hesabatlılıq və analiz

  • Satınalma və təchizat üzrə dövri hesabatların hazırlanması.
  • Qiymət müqayisə cədvəllərinin və bazar icmallarının tərtibi.
  • Xərclərin optimallaşdırılması üzrə təkliflərin verilməsi.

Namizədə tələblər

Təhsil və təcrübə

  • Ali və ya orta ixtisas təhsili (tikinti, iqtisadiyyat, logistika üstünlükdür).
  • Tikinti materialları sahəsində təchizat və ya satınalma üzrə minimum 3 il iş təcrübəsi.

Peşəkar bilik və bacarıqlar

  • Tikinti materiallarının nomenklaturasını və texniki spesifikasiyalarını bilmək.
  • Bazar konyunkturasını analiz etmə və düzgün qərarvermə bacarığı.
  • Güclü vendor bazası və sahə üzrə əlaqələr.
  • Danışıqlar aparmaq və kommersiya şərtlərini müdafiə etmək bacarığı.
  • MS Excel-də müqayisə və analiz cədvəlləri ilə işləmək bacarığı.
  • 1C / ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Analitik düşüncə tərzi.
  • Təşəbbüskarlıq və məsuliyyətlilik.
  • Stressə davamlılıq və çevik qərarvermə.
  • Nəticəyönümlülük və bazar düşüncəsi.

İş şəraiti

  • Tam ştat.
  • Ofis və obyektlərdə iş.
  • İş qrafiki: 6/1.
  • Əmək haqqı: bilik və təcrübəyə uyğun olaraq.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily134
  • Weekly414
  • Monthly421