Şöbə - Maliyyə / Büdcə və Planlama
Tikinti layihələri üzrə büdcənin planlaşdırılması, icrası və nəzarətinin təmin edilməsi, xərclərin təsdiq olunmuş büdcəyə uyğunluğunun izlənməsi və maliyyə risklərinin vaxtında müəyyən edilməsi.
Əsas vəzifə və öhdəliklər
- Tikinti layihələri üzrə illik və layihə əsaslı büdcələrin hazırlanmasında iştirak etmək;
- Büdcə icrasına gündəlik və aylıq nəzarəti həyata keçirmək;
- Faktiki xərcləri planlaşdırılmış büdcə ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək;
- Podratçı və subpodratçılar üzrə xərclərin, smetaların və aktların yoxlanılması;
- Layihə rəhbərlərinə və rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi;
- Büdcə optimallaşdırılması və xərclərin azaldılması üzrə təkliflər vermək;
- Müqavilələr üzrə maliyyə şərtlərinə riayət olunmasına nəzarət etmək;
- Maliyyə intizamının və daxili nəzarət prosedurlarının qorunmasını təmin etmək;
- Cari qanunvericiliyə və maliyyə standartlarına uyğun fəaliyyət göstərmək.
Tələb olunan bilik və bacarıqlar
- Tikinti sahəsində büdcələşdirmə və xərclərə nəzarət üzrə biliklər;
- Maliyyə təhlili və hesabatların hazırlanması bacarığı;
- Smeta, akt (Forma 2, Forma 3 və s.) və müqavilə oxuma bacarığı;
- MS Excel və digər maliyyə proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə və detallara diqqət;
- Yüksək məsuliyyət və vaxtın effektiv idarə olunması.
Təhsil və iş təcrübəsi
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə);
- Tikinti və ya layihə maliyyəsi sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Büdcə nəzarəti üzrə aparıcı və ya analoji vəzifədə təcrübə arzuolunandır.
İş şəraiti:
- İş rejimi: 5 günlük iş qrafiki (09:00–18:00)
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
- Ünvan: Bayıl ərazisində yerləşir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.