Tələblərimiz:
- Marketinq, Menecment, Biznes və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Marketinq sahəsində minimum 2 illik təcrübə;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə bacarıq;
- Google Ads, Facebook Business Manager, Google Analytics, SEO və digər rəqəmsal marketinq alətləri üzrə biliklər;
- CRM sistemləri və veb-sayt idarəetmə panelləri ilə işləmə təcrübəsi.
Əsas vəzifə öhdəlikləri:
Marketinq strategiyası
- Brendin bütün kanallarda vahid şəkildə idarə olunmasını təmin etmək;
- Ümumi biznes hədəfləri ilə uyğun marketinq məqsədləri və strategiyalarını müəyyən etmək;
- Brend mövqeləndirməsi üçün sosial media planı hazırlamaq;
- Komandanı strateji məqsədlərə uyğunlaşdıran layihə və prosedurların icrasında iştirak etmək.
Yaradıcılıq
- Kontent planının hazırlanması üçün brieflərin təşkili;
- Video kontentin stilinin hazırlanması üçün brieflərin təşkili;
- UX/UI stilinin yaradılması üçün brieflərin təşkili;
- Yaradıcılıq işlərinin buraxılış prosesinin planlanması və həyata keçirilməsi.
Rəqəmsal fəaliyyətlər
- Veb-sayt üçün kontentin yaradılması üzrə prosesi rəhbərlik etmək və icra etmək;
- Şirkətin veb-saytındakı kontentin idarə edilməsi və yenilənməsi;
- Sosial media reklamlarının planlanması və icrası;
- Reklamların optimallaşdırılması prosesinə rəhbərlik və icra;
- SEO-nun təkmilləşdirilməsi prosesinə rəhbərlik etmək;
- E-mail marketinqi ilə bağlı prosedurları təmin etmək;
- İnfluencerlərlə əlaqə və əməkdaşlıq proseslərini təsdiqləmək;
- Xarici rəqəmsal kanallarla, tərəfdaşlarla və təşkilatlarla əməkdaşlıq prosesini təmin etmək.
İnzibati işlər
- Marketinq hesabatlarının hazırlanması;
- Hesabat nəticələrinin təhlili və auditi.
Offline marketinq
- Satınalma məsələləri üçün brieflərin hazırlanmasına rəhbərlik;
- Promosyon materialları siyahısının hazırlanması;
- Tərəfdaşlara hədiyyələrin hazırlanması prosesi;
- Outdoor yerləşdirmə üçün dizaynların hazırlanması;
- TV və radio üçün reklam dizaynı və ssenarilərinin hazırlanması;
- Offline marketinq tədbirlərinin təşkili və keçirilməsi.
Bacarıq və Kompetensiyalar:
- Müsbət və konstruktiv rəyləri qəbul etmək bacarığı;
- Komanda ilə əməkdaşlıq və marketinq təşəbbüslərinə rəhbərlik etmə bacarığı;
- Dəyişkən mühitdə prioritetləri düzgün idarə etmək;
İmkanlar və Üstünlüklər:
SABAH.HUB komandasında sizə aşağıdakı imkanlar təqdim olunur:
- Bazar meyarlarına uyğun rəqabətcil əməkhaqqı;
- Peşəkar inkişaf və karyera artımı üçün dəstək proqramları;
İş yeri: Bakı, Bayıl Bay, Qurban Abbasov küçəsi 5, 6-cı mərtəbə
Müraciət etmək üçün: CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Zəhmət olmasa, mövzu hissəsində vakansiyanın adını qeyd edin.