SABAH.HUB SABAH.HUB
  • 655

Kontent üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kontent üzrə mütəxəssis

  • Deadline 1 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblərimiz:

  • Marketinq, Menecment, Biznes və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Marketinq sahəsində minimum 2 illik təcrübə;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə bacarıq;
  • Google Ads, Facebook Business Manager, Google Analytics, SEO və digər rəqəmsal marketinq alətləri üzrə biliklər;
  • CRM sistemləri və veb-sayt idarəetmə panelləri ilə işləmə təcrübəsi.

Əsas vəzifə öhdəlikləri:

Marketinq strategiyası

  • Brendin bütün kanallarda vahid şəkildə idarə olunmasını təmin etmək;
  • Ümumi biznes hədəfləri ilə uyğun marketinq məqsədləri və strategiyalarını müəyyən etmək;
  • Brend mövqeləndirməsi üçün sosial media planı hazırlamaq;
  • Komandanı strateji məqsədlərə uyğunlaşdıran layihə və prosedurların icrasında iştirak etmək.

Yaradıcılıq 

  • Kontent planının hazırlanması üçün brieflərin təşkili;
  • Video kontentin stilinin hazırlanması üçün brieflərin təşkili;
  • UX/UI stilinin yaradılması üçün brieflərin təşkili;
  • Yaradıcılıq işlərinin buraxılış prosesinin planlanması və həyata keçirilməsi.

Rəqəmsal fəaliyyətlər

  • Veb-sayt üçün kontentin yaradılması üzrə prosesi rəhbərlik etmək və icra etmək;
  • Şirkətin veb-saytındakı kontentin idarə edilməsi və yenilənməsi;
  • Sosial media reklamlarının planlanması və icrası;
  • Reklamların optimallaşdırılması prosesinə rəhbərlik və icra;
  • SEO-nun təkmilləşdirilməsi prosesinə rəhbərlik etmək;
  • E-mail marketinqi ilə bağlı prosedurları təmin etmək;
  • İnfluencerlərlə əlaqə və əməkdaşlıq proseslərini təsdiqləmək;
  • Xarici rəqəmsal kanallarla, tərəfdaşlarla və təşkilatlarla əməkdaşlıq prosesini təmin etmək.

İnzibati işlər

  • Marketinq hesabatlarının hazırlanması;
  • Hesabat nəticələrinin təhlili və auditi.

Offline marketinq

  • Satınalma məsələləri üçün brieflərin hazırlanmasına rəhbərlik;
  • Promosyon materialları siyahısının hazırlanması;
  • Tərəfdaşlara hədiyyələrin hazırlanması prosesi;
  • Outdoor yerləşdirmə üçün dizaynların hazırlanması;
  • TV və radio üçün reklam dizaynı və ssenarilərinin hazırlanması;
  • Offline marketinq tədbirlərinin təşkili və keçirilməsi.

Bacarıq və Kompetensiyalar:

  • Müsbət və konstruktiv rəyləri qəbul etmək bacarığı;
  • Komanda ilə əməkdaşlıq və marketinq təşəbbüslərinə rəhbərlik etmə bacarığı;
  • Dəyişkən mühitdə prioritetləri düzgün idarə etmək;

İmkanlar və Üstünlüklər:

SABAH.HUB komandasında sizə aşağıdakı imkanlar təqdim olunur:

  • Bazar meyarlarına uyğun rəqabətcil əməkhaqqı;
  • Peşəkar inkişaf və karyera artımı üçün dəstək proqramları;

İş yeri: Bakı, Bayıl Bay, Qurban Abbasov küçəsi 5, 6-cı mərtəbə

Müraciət etmək üçün: CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Zəhmət olmasa, mövzu hissəsində vakansiyanın adını qeyd edin.

  • Daily13
  • Weekly604
  • Monthly722