Tələblər:
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Biznes və ya Statistika ixtisası üzrə bakalavr dərəcəsi;
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərində yüksək səviyyədə bilik;
- 1C və Microsoft Excel proqramlarında işləmə bacarığı;
- Vergi və əmək qanunvericiliyi barədə biliklər;
- Dəqiqlik və səmərəlilik;
- Yazılı və şifahi ünsiyyət, təqdimat bacarıqları;
- Məxfi məlumatlarla işləmək bacarığı və etik normalara riayət etmək;
- Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi;
- Analiz aparmaq və hesabatlar hazırlamaq bacarığı.
Əsas vəzifələr:
- Gündəlik maliyyə əməliyyatlarının 1C və ya Excel proqramlarında işlənməsi
- Fakturaların hazırlanması və yoxlanılması
- Bank və kassa əməliyyatlarının aparılması
- e-gov.az, e-taxes.gov.az və dsmf.gov.az portalları ilə işləmə bacarığı
- Baş mühasibə hesabatların hazırlanmasında dəstək göstərmək
- Sənədlərin arxivləşdirilməsi və qaydalara uyğun saxlanması
- Əməkhaqqı, ezamiyyə və digər ödənişlərin hesablanması və uçotu
Bacarıq və Kompetensiyalar:
- Konstruktiv və pozitiv rəyə açıq olmaq;
- Yüksək təşkilatçılıq, özünü motivasiya etmə və daim dəyişən mühitdə prioritetləri effektiv şəkildə idarəetmə bacarığı;
- Güclü problem həll etmə bacarığı.
Təklif etdiklərimiz:
SABAH.HUB komandasında çalışaraq sizə təqdim olunur:
- Bazar meyarlarına uyğun rəqabətcil əməkhaqqı;
- Tibbi sığorta və Push30 abunəliyini əhatə edən standart paket;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün dəstək proqramları;
- Peşəkar inkişaf və karyera artımı üçün dəstək proqramları;
Ünvan: Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 5, 6-cı mərtəbə
Bu vəzifəyə müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində vakansiyanın adını qeyd etməyi unutmayın.
Bizi potensial işəgötürən kimi seçdiyiniz üçün təşəkkür edirik. Müraciətinizi dəyərləndirməkdən məmnun olarıq.